Ümmətin sələflərinə tabe olmaq | Şeyx Abdullah Buxari (həfizahullah)

Ümmətin sələflərinə tabe olmaq | Şeyx Abdullah Buxari (həfizahullah)

Şeyx Abdullah Buxari (hafizahullah) “Ümmətin sələflərinə tabe olmaq” barədə belə deyir: Uca Allah belə buyurur:

وَمَن یُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَیَّنَ لَهُ ٱلۡهُدَىٰ وَیَتَّبِعۡ غَیۡرَ سَبِیلِ ٱلۡمُؤۡمِنِینَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصۡلِهِۦ جَهَنَّمَۖ وَسَاۤءَتۡ مَصِیرًا

Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çııb möminlərin yo­lun­dan başqa bir yol­la gedər­sə, onu üz tutduğu yola yönəl­dər və Cə­hən­nəmə giriftar edərik. Ora nə pis dö­nüş yeridir. (Nisa, 115)

Bu ayədə təhdid və çəkindirmə var. Bu ayə möminlərin yoluna müxalif olmaqdan çəkindirdiyi üçün dolayı yolla onların yoluna tabe olmağın vacibliyini də ifadə edir. İmam İbn Qudəmə (rahiməhullah) bu barədə belə deyir: 

“Möminlərin yolundan başqa yolla getmək Cəhənnəm odu ilə təhdid olunub. Onların yoluna tabe olmaq isə Allah tərəfindən razılıq və Cənnətlə müjdələnib.

Uca Allah belə buyurur:
وَٱلسَّـٰبِقُونَ ٱلۡأَوَّلُونَ مِنَ ٱلۡمُهَـٰجِرِینَ وَٱلۡأَنصَارِ وَٱلَّذِینَ ٱتَّبَعُوهُم بِإِحۡسَـٰنࣲ رَّضِیَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُوا۟ عَنۡهُ وَأَعَدَّ لَهُمۡ جَنَّـٰتࣲ تَجۡرِی تَحۡتَهَا ٱلۡأَنۡهَـٰرُ خَـٰلِدِینَ فِیهَاۤ أَبَدࣰاۚ ذَ ٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِیمُ

Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsar­a, həm­çinin yax­şı işlər gör­mək­də onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün ağac­ları altından çay­lar axan, içində əbədi qala­caq­ları cən­nətlər hazır­lamış­dır. Bu, böyük uğur­dur. (Tövbə, 100)

Allah yaxşı işlər görməkdə onların ardınca gedənləri Öz tərəfindən razılıq, Cənnət və böyük uğur qazanmaqla müjdələyib. (“Zəmmul Təvil”, səh. 26)”

“Şərh
Usulus-Sunnə”, səh. 26.