Şaban ayı haqqında
- 876
Şeyx İbn Bəz:
Allah üçün sevgi – bir şəxsi yalnız Allah üçün sevmək deməkdir. Onu təqvalı və imanlı gördüyün üçün onu Allah üçün sevirsən. Kafirdirsə və ya Allaha qarşı üsyan edirsə, onu da Allah üçün nifrət edirsən. Əgər bir müsəlman günahkardırsa, ona olan nifrətin onun günahı qədər olur. Möminin qəlbi həm bu sevgiyə, həm də bu nifrətə yer verir. O, iman və təqva əhlini Allah üçün sevir, küfr, şər və günah əhlindən isə Allah üçün nifrət edir. Qəlbi bu iki halı da daşıyır.
Əgər bir insanda həm xeyir, həm də şər varsa – məsələn, günahkar bir müsəlmandırsa – onun İslamı üçün onu sevir, amma etdiyi günahlar üçün ona nifrət edir. Belə bir insana qarşı həm sevgi, həm də nifrət hissləri olur. İman və istiqamət əhlini tam bir sevgi ilə sevir, kafirlərə isə tam bir nifrətlə nifrət edir. Günahkar müsəlmanı isə onun iman və İslam dərəcəsinə görə sevər, etdiyi günah və xətalara görə isə ona nifrət edər. Bəli.
Aparıcı: Allah sizdən razı olsun.