Uca Allah ﷻ belə buyurmuşdur:
لَیۡسَ كَمِثۡلِهِۦ شَیۡءࣱۖ وَهُوَ ٱلسَّمِیعُ ٱلۡبَصِیرُ
Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir. (Şura, 11)
"Onun heç bir bənzəri yoxdur" Allahı məxluqa bənzədənlərə (muşəbbihələrə) rəddiyədir.
"O, Eşidəndir, Görəndir" isə Allahın sifətlərini inkar edənlərə (muattilələrə) rəddiyədir.
Bu ayə iki əsası özündə cəm etmişdir: Tənzih (Allahı bütün nöqsan sifətlərdən uzaq tutmaq) və İsbat
"O, Eşidəndir, Görəndir" isbatdır.
"Onun heç bir bənzəri yoxdur" bu isə tənzihdir.
Biz Allahın başqa Ad və Sifətlərini də "O, Eşidəndir, Görəndir" sözü ilə isbat edir və "Onun heç bir bənzəri yoxdur" sözü ilə isə Onun sifətlərinin məxluqatın sifətlərinə bənzəməsini inkar edirik.
Bu əsasa əsasalanaraq Allahın Ad və Sifətlərini Onun izzətinə, cəlalına, əzəmətinə yaraşan şəkildə isbat edirik.
Şeyx Rabi Mədxali "Şərh Əqidə Sələf Əshəbil Hədis", səh. 50, 51.