Evlilik məsələsi
Salam aleikum, qardaş bəzən bir xanima elçi düşürük, qizin atasi (vəlileri) müxtəlif bəhanə edərək vermirlər, nə nesihet edersiz
Samiq Mustafayev
va aleykum salam.
Təbi ki xanımın atasına (vəlisinə) vacibdir ki, qızı üçün saleh ər seçsin və xırda məsələlərdə dərinə getməsin, dinindən və əxlaqından razıdırsa, qızını versin.
Peyğəmbərimiz ﷺ buyurur:
Dinindən və əxlaqından razı qaldığınız kimsə sizə evlənmək üçün müraciət edərsə, onu evləndirin. Əgər siz bunu etməsəniz yer üzündə fitnə və böyük fəsad olar.
Cəmiu Tirmizi, 1083 .. Şeyx Albani həsən demişdir.
Bu hal yayılsa, Allah qorusun fəsad artar, xüsuilə də zina

