Allahdan həya etmək

Allahdan həya etmək

Ən uca, ən yüksək dəyərə malik və ən çox diqqətə layiq olan həya- Uca və Mübarək Allahdan olan həya hissidir. O Allah ki, bütün məxluqatı yaradan və var edən Rəbbdir; harada olursan ol səni görür, səndən heç bir şey Ona gizli qalmaz. O, sənin gizlini də, aşkarını da, qəlbində olanı da, etdiyin əməlləri də bilir.

 

Bu gözəl əxlaq üç əsas üzərində qurulur:

 

Birincisi: Allahın sənə verdiyi nemətləri, lütf və mərhəmətini dərk etmək.

 

İkincisi: Onun haqqını yerinə yetirməkdəki qüsurlarını görmək- yəni əmr etdiklərini tam yerinə yetirmədiyini və qadağan etdiklərindən kifayət qədər uzaq durmadığını anlamaq (başa düşmək)

 

Üçüncüsü: Bilmək ki, Uca Allah harada olursansa ol səni görür və səndən heç nə Ona gizli qalmaz.