Həkimə tövsiyələr
- 624
Şeyx Muhəmməd İbn Ğalib Əl-Omari (Allah onu qorusun) belə deyir:
İnsanın xoşbəxtliyindəndir ki, Uca Allahın ona verdiyi nemətlər üzərində təfəkkür edir (düşünür). Çünki o nemətlər haqqında düşündükdə bir çox fayda əldə edir.
Bunlardan birincisi, bu ibadətə — yəni Uca Allahı həmd və şükür etmə ibadətinə — müvəffəq olur.
İkincisi, Allah Təalanın ona bəxş etdiyi nemətləri, fəzilətləri və lütfləri tanıyır, ki bəlkə də başqaları onlardan məhrum qalıb.
Üçüncüsü isə, bu həmd və şükür Allah Təalanın nemətlərini artırmasına səbəb olur.
__
Hər ad bir sifətə dəlalət edir.
“السميع” və “البصير”
Allah Təalanın isimlərindəndir.
Bu isimlərin hamısı sifətlərə dəlalət edir.
“السميع”
(Eşidən) ismi eşitmə sifətinə,
“البصير”
(Görən) ismi görmə
sifətinə,
“القدير”
(Qüdrətli) ismi qüdrət sifətinə,
“العليم”
(Alim) ismi elm
sifətinə dəlalət edir.
Bunlar Allah Təala üçün kamil sifətlərdir.
Allahın Ad (İsim) və sifətləri barəsində qayda budur ki, Allahın isimləri isbat edilir (təsdiqlənilir) və bu isimlərdən çıxan sifətlər də isbat edilir (təsdiqlənilir). Lakin Allah Təala bütün cəhətlərdən bənzətməkdən (məxluqata oxşatmaqdan) uzaq tutulur (tənzih olunur).
_____
Allaha həmd et
Əgər sən batil əhlinin batilini görə bilirsənsə, Allaha həmd et. Bu, Allahın sənə olan nemətidir.
Uca Allah buyurur:
وَإِذۡ تَأَذَّنَ رَبُّكُمۡ لَئِن شَكَرۡتُمۡ لَأَزِيدَنَّكُمۡۖ
O zaman Rəbbiniz belə bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram”. (İbrahim, 7)
📕Şərh Muqaddimə Qeyravani