Həyat yoldaşı ilə cinsi yaxlnlığı tərk etmək
- 1190
Qadının səhər vaxtı namaz yerində (müsalləsində) qalmasının bərəkəti
Cüveyriyə bint əl-Harisdən (radıyallahu anhə) rəvayət olunduğuna görə, Peyğəmbər ﷺ sübh namazını qıldıqdan sonra səhər tezdən onun yanından çıxdı. O zaman Cüveyriyə öz namaz yerində idi. Sonra Peyğəmbər ﷺ quşluq vaxtından sonra geri qayıtdı və onun hələ də oturduğunu gördü. Buyurdu:
“ Mən səni tərk etdiyim hal üzərindəsən?”
O dedi: “Bəli.”
Peyğəmbər ﷺ buyurdu:
“Mən səndən sonra dörd kəlməni üç dəfə dedim. Əgər onlar bu gün sənin dediklərinlə müqayisə olunsaydı, onlara bərabər gələrdi:
‘Subhənəllahi və bihəmdihi, adədə xalqihi, və ridə nəfsihi, və zinətə arşihi, və midadə kəlimətihi.’”
Yaratdıqlarının sayı, Özünün razı qaldığı, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik!
Muslim 4 /2090
Bu hədisdən evlərində olan qadınlar üçün xüsusi bir faydaya diqqət çəkmək mümkündür.
Qadınlar səhabə xanımların- xüsusilə möminlərin analarının- həyatına baxmalıdırlar. Onlar müsəlman qadınlar üçün nümunədirlər. Cüveyriyə (radıyallahu anhə) quşluq vaxtına qədər namaz yerində oturaraq Allahı zikr edirdi. Bu isə böyük bir xeyirdir.
Halbuki bu gün bir çox qadın namazını sürətlə qılıb dərhal səccadəsini yığaraq qalxır. Halbuki onun üçün daha xeyirli olan; səhabə xanımlarını örnək alaraq günə namazla başlaması, namaz yerində bir müddət oturub Allahı zikr etməsi və qəlbinin rahatlıq tapmasına fürsət verməsidir.
Əgər görəcəyi işləri varsa və qalxmağa məcburdursa, yenə də bu oturuşdan öz payını götürməli, səhərin bərəkətini, səhər zikrlərini və qəlb rahatlığını əldə etməyə çalışmalıdır.
Daha sonra işlərinə, uşaqlarına və gündəlik məsuliyyətlərinə yönələrkən bu bərəkəti də özü ilə daşımış olar.