Sual verən soruşur: “Mənim
namaz qılmayan qardaşım var və artıq mən, atam və anam ona nəsihət etmişik. Bir müddət namaz qıldı,
sonra isə yenə qılmadı, “namaz
mənə heç nə etmir ” dedi. Çünki
o, özünə iş
tapa bilmədi. Onunla necə davranım?”
Cavab: Şeyx Abdullah Buxari (həfizahullah)
“Bu, bəla və imtahandır. Ona nəsihət et. Ona təkrar-təkrar nəsihət
etməyə çalış. Bu birinci məsələdir. Həmçinin onun xəbəri olmadan gizlində onun
üçün dua et ki, Allah onun köksünü haqqa açsın və onu haqq üzərində sabit
etsin. Sonra əgər nəsihəti qəbul etməz və haqqa qayıtmazsa, buna bənzər şeylər
edərsə, ondan uzaq ol. Uzaq olmaq vacibdir. Əgər sizin ölkədə Allahın şəriəti
ilə hökm verilirsə, onun işinə baxması üçün şəri hakimə şikayət et. Üçüncü məsələ isə: O, məgər ticarət etmək
istəyir?! Yəni istəyir ki, iş tapsın deyə namaz qılsın?! Kim deyib ki, namaz
sənə iş gətirəcək və səni vəzifəyə çatdıracaq?! Bununla onun arasında heç bir
əlaqə yoxdur. Əlaqəsi yoxdur, lakin “Kim
Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi
bir yerdən ruzi bəxş edər. (Talaq, 2-3)”. Səbir
etsin. Allah sizə bərəkət versin, məlumdur ki, əksər məsələlərdə sınaqdan
keçmək labüddür. “Yoxsa
elə güman edirsiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri
bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali-İmran, 143)”. Sınaqdan
keçmək labüddür. Nə ona, nə də qeyrisinə icazəli deyil ki, Allaha olan ibadəti
yerinə yetirməklə vəzifə və ya iş tapmağı bir-birinə bağlasın. O kimsə ki gəlir
hizbilərdən olan ən xain insanlara əl açır və deyir: “Ey şeyx, sələfilər mənə
köməklik etmirlər”. Sən sələfilərlə gəzirsən ki, sənə nəsə versinlər?! Yoxsa,
sən sələfilərlə gəzirsən ki, onlarla sünni sələfi əqidəsini etiqad edərək
Allaha ibadət etmiş olasan?! Sən bu əqidə ilə ticarət edirsən?! Yoxsa, sünni
mənhəci ilə ticarət edirsən?! Allah onların gizlətdiklərini bilir. Necə ki
Herakl Əbu Sufyandan “Ona, yəni peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabe
olanlar kimlərdir? İnsanların kasıbları, yoxsa varlıları?” deyə soruşmuşdu. Əbu Sufyan
isə “insanların kasıbları” deyə cavab verdi. Herakl dedi: “Eləcə də, bütün
peyğəmbərlərə tabe olanlar belə olub”. Yaxşı,
bəs nə edək? Lakin ehtiyac yoxdur ki, sən şiddətli ehtiyac içində qardaşını
tərk edəsən. Kimin üçün asanlaşıbsa və imkanı varsa, bütün ehtiyac içində olan
əhli sünnə qardaşlarına kömək edə bilirsə, qoy etsin. Allah onu xeyirlə
mükafatlandırsın. Bu, yaxşı işlərdə və Allahdan qorxmaqda köməkləşməyə və
qardaşlarını pis olan şeylərdən çəkindirməyə aiddir. Lakin etməzsə, sən ən xain
insanların yanına getməlisən?! Get, odun bağını götür və odun topla! Bu, sənin
üçün insanlardan sənə nəsə verib verməməklərini istəməyindən daha xeyirlidir”.
Youtube linki.
Hazırladı: Samiq Mustafayev.