Yeni il qeyd etməyin hökmü

Yeni il qeyd etməyin hökmü

Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:

Kim bir qövmə bənzəməyə çalışarsa, o da onlardan sayılar.

Səhihul Cəmi, 2831.

Böyük islam alimi İbn Qeyyim (Allah ona rəhm etsin) bu haqda belə demişdir.

“Kafirlərə məxsus olan ayinləri qeyd etmək alimlərin ittifaqı ilə haramdır. Məsələn: Onların bayram ve oruc günlərində müsəlman birinin “bayramın mübarək olsun”, “təbrik edirəm” deməsi kimi. Bunu deyən hər nə qədər küfrdən salamat olsa da, o, haramlardandır. Bu, xaça səcdə etmələrini təbrik etmək yerindədir. O, Allah qatında daha böyük günahdır. İçki içməkdən, birini öldürməkdən, zina etməkdən və başqa şeyləri qeyd etməkdən, daha da çox nifrət və buğz edilməsi lazım olanlardandır. Dinin qədir qiymətini bilməyənlərin çoxunda bu hal baş verir və etdiyinin nə qədər çirkin olduğunu bilmir. Kim bir kimsəni bir günahdan və ya bir bidətdən yaxud da bir küfrdən ötrü təbrik edərsə, heç şübhəsiz ki, Allahın nifrət və qəzəbinə  məruz qalar.”

Kim bir insanı bir günahdan və ya bir bidətdən, yaxud da bir küfrdən ötrü təbrik edərsə, heç şübhəsiz ki, Allahın nifrət və qəzəbinə məruz qalar.

Həqiqətən günahların (içki, qumar, zina) hamısını etmək, xristianları bayramları səbəbi ilə təbrik etməkdən (günah olaraq) daha yüngüldür.

Əhkəmu Əhliz Zimmə

 

Şeyx Muqbil Vadi (Allah ona rəhm etsin) belə demişdir:

Milad (yeni il) bayramlarında iştirak etmək icazəli deyil. Uca Allah buyurur:

وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ

Onlar yalana* şahidlik etməzlər. Furqan, 72

Tuhfətul Mucib, 66

Qeyd : Bəzi alimlər bu ayəni "onların (kafirlərin) bayram və şənliklərində iştirak etməzlər" kimi təfsir etmişlər.

Şeyx İbn Useymin (Allah ona rəhm etsin) demişdir:

Bəzi insanlara “bu (yeni ili qeyd etmək) kafirlərə bənzəməkdir” dediyimdə belə deyir :

Mən onlara bənzəməyi qəsd (niyyət) etmirəm.

Deyirik: Bənzəmək artıq baş verib, qəsd etsən də, etməsən də. Madam ki, onlara bənzəmək artıq baş verib, onlara bənzəməyi niyyət edib, etməməyin fərqi yoxdur.

Ət-Taliqu aləl İqtida, 308

 

Yeni il tədbirlərində iştirak etmək olarmı ❓

Şeyx İbn Useymin (Allah ona rəhm etsin) belə demişdir

Kafirin dəvətinə icabət etmək caizdir. Yalnız bu dəvətlə dini şüarlarını qəsd edərsə, bu zaman onun dəvətinə icabət etmək haramdır. Məsələn, onların bayramlarında (dəvət edərsə) .. Çünki buna icabət edərsə, artıq onunla (onların batil şüarları ilə) razı olmaq deməkdir..

 Şərhul Mumti, 12/322