Musiqinin hökmü
- 2466
Tövbə edənlərin xüsusiyyətləri
Hafiz İbn Kəsir (Allah ona rəhm etsin) belə demişdir:
“Allah tövbə edənlərin xüsusiyyətlərini Qurani-Kərim-də, Tövbə surəsinin sonunda zikr etmişdir:
«Tövbə edənlər, ibadət edənlər…»
Tövbə edən insan üçün mütləq ibadət və axirət üçün əmələ məşğul olmaq lazımdır. Çünki nəfs daim hərəkətdədir; əgər onu haqq ilə məşğul etməsən, səni batil ilə məşğul edər.
Tövbə edən şəxs günahlarda keçirdiyi vaxtları itaət və ibadətlə əvəz etməli, buraxdığı şeyləri telafi etməli, əvvəlki addımlarını xeyirə doğru atılan addımlarla dəyişməlidir. O, baxışlarını, addımlarını, sözlərini və qəlbindən keçən düşüncələri qorumalıdır…
Uca Allah belə buyurur:
ٱلتَّٰٓئِبُونَ ٱلۡعَٰبِدُونَ ٱلۡحَٰمِدُونَ ٱلسَّٰٓئِحُونَ ٱلرَّٰكِعُونَ ٱلسَّٰجِدُونَ
«Həmd edənlər, oruc tutanlar (və ya Allah yolunda gəzənlər), rüku edənlər, səcdə edənlər…»
Bunlar tövbə edənlərin sifətləridir. Uca Allab belə buyurur:
ٱلتَّٰٓئِبُونَ
«Tövbə edənlər…»
Sanki biri soruşur: “Onlar kimlərdir?” Cavab verilir: “Onlar ibadət edənlərdir, Allah yolunda çalışanlardır…” ayənin sonuna qədər.
Əks halda, hər hansı bir tövbə edən şəxs tövbəsindən sonra onu tövbə etdiyi Allaha yaxınlaşdıracaq əməllərlə bəzənməzsə, o, yaxınlaşma və yönəliş içində deyil, uzaqlaşma və üz döndərmə içindədir.
Necə ki, bəzi insanlar günahlara aldanaraq haramlardan çəkinmədən yaşayır və itaətləri tərk edirlər. Halbuki itaətləri tərk etmək və günah işləmək, nəfsani şəhvət səbəbi ilə bəzi haramları etmədən daha ağır və daha böyükdür.
Həqiqi tövbə edən isə haramlardan çəkinən, vacibləri yerinə yetirən və Allahın qədəri qarşısında səbir edən kəsdir.”
📚 əl-Bidayə vən-Nihayə 9/164