Bismilləh.
Musiqi haramdır. Bəzi alimlər musiqinin haram olması barədə icma nəql etmişlər.
Musiqinin haram olması dəlilləri:
Uca
Allah belə buyurur:
{ وَمِنَ ٱلنَّاسِ
مَن یَشۡتَرِی لَهۡوَ ٱلۡحَدِیثِ لِیُضِلَّ عَن سَبِیلِ ٱللَّهِ بِغَیۡرِ عِلۡمࣲ }
İnsanlar
arasında eləsi də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan
sapdırmaq üçün boş-boş sözləri satın alır
(Loğman,
6)
Əksər
təfsir alimləri bu ayədəki boş-boş sözlərin musiqi olduğunu demişlər. Onlardan ümmətin
alimi Abdullah İbn Abbas (Allah ondan və atasından razı olsun). Mücahid (Allah
ona rıhm etsin) isə bunun davul (təbil) olduğunu demişdir.
Bax: Təfsir
Təbəri, 21/40.
Həsən
Basri (Allah ona rəhm etsin) belə demişdir:
Bu ayə
musiqi və nəfəsli çalğı alətləri barədə nazil olmuşdur.
Bax: Təfsir
İbn Kəsir, 3/451.
Abdullah
İbn Məsud (Allah ondan razı olsun) bu ayənin musiqi barəsində olmasına üç dəfə
and içmişdir.
Sünnədən
dəlillər:
Peyğəmbərimiz
(Ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:
Ümmətimdən
zinanı, ipəyi (kişilərə), içkini və musiqi alətlərini halallaşdıran insanlar
olacaqlar.
Bax:
5590.
Alimlər
bu hədisin musiqi alətlərinin haram olmasına açıq-aydın dəlil olduöunu demişlər.
Bax:
Məcmul Fətava, 11/535.
Hədisə
diqqət etsəniz “hallallaşdıran” söz keçir. Demək haramdır ki, hallalaşdıracaqlar.
İkinci isə diqqət edin hansı əməllərlə bir yerdə gəlmişdir. (Zina, ipək (kişilərə),
içki)
Həmçinin
başqa bir hədisdə belə buyurmuşdur:
Ümmətimdən
elə insanlar olacaq ki, şərab içəcəklər və onu (öz adı ilə deyil) başqa ad ilə
adlandıracaqlar, musiqiyə və müğənnilərə qulaq asacaqlar, Allah onları yerə
batıracaq və onlardan bəzilərini meymunlara və donuzlara döndərəcək.
Bax: Sahihul Cəmi, 5454.
Səhabələrin
musiqiyə qarşı mövqeyi
Nəfidən
rəvayət olunur ki, ibn Ömər bir musiqi səsi eşitdi, barmaqlarını qulaqlarına qoydu,
yoldan uzaqlaşdı və mənə dedi:
Ey Nəfi!
Bir şey eşidirsənmi?
Mən
isə “xeyr" dedim.
Sonra
barmaqlarını qulaqlarından qaldırdı və dedi:
Mən
Allahın Elçisi ilə birlikdə idim. O, bunun kimi bir şey eşitdi və eyni ilə belə
etdi.
Bax: Əbu Davud, 4924 rəvayət edib.
Albani səhihləşdirib.
Abdullah
ibn Məsud (Allah ondan razı olsun) belə demişdir:
Su əkini
yetişdirdiyi kimi musiqi də qəlbdə nifaqı yetişdirir.
Bax: Əbu Bəkr Xalləl "Sünnə",
1663.
Qədim
və müasir alimlərin sözləri
İbn
Covzi (Allah ona rəhm etsin) belə demişdir:
Musiqiyə
qulaq asmaq insanı zina etməyə aparan ən böyük səbəbdir.
Bax: Təlbisul İblis, səh. 528
Əvzai
(Allah ona rəhm etsin) belə demişdir:
Biz
içində nağara və musiqi alətlərinin olduğu vəlimələrə (toy üçün verilən ziyafətlərə)
daxil olmuruq.
Bax: Həsən Əl-Hərbi "Fəvaidul
Muntəqa" 1, 3, 4 səhih sənədlə rəvayət etmişdir.
Şeyx
İbn Bəz (Allah ona rəhm etsin) belə demişdir:
Şübhəsiz
ki, musiqiyə qulaq asmaq haram və münkərdir. Həmçinin qəlblərin xəstələnməsinin,
sərtləşməsinin, Allahın zikrindən və namazdan yayındıran səbəblərdəndir.
Bax: Məcəllə
Dəavət, 902
Şeyx
İbn Useymin (Allah ona rəhm etsin) belə demişdir:
Musiqiyə
qulaq asmaq qəlbdə yayılır və onu fəsada uğradır. İmanda da zəhərin bədənlərdə
yayıldığı kimi yayılır və onu fəsada uğradır.
Bax: Şərh Kəfiyə Şəfiyə, 4/348.
Bir
mühüm məsələni diqqətinizə çatdıraq. Musiqi bütün məzhəblərdə haramdır!
Şeyx
Albani (Allah ona rəm etsin) belə demişdir:
Dörd
məzhəb də, musiqi alətlərinin hamısının haram olmasında ittifaq etmişlər.
Bax: Sahihə 1/145.
Bəzi
özünü Əbu Hənifənin (Allah ona rəhmət etsin) məzhəbinə nisbət edərək musiqini
növlərə bölənlərə və buna mübah deyənlərə diqqət etməyin.
Əbu
Tayyib Təbəri (Allah ona rəhm etsin) belə demişdir:
Əbu Hənifə
musiqini haram görərdi və musiqi dinləməyi günahlardan hesab edərdi.
Bax: Təlbisul İblis, səh. 328
Böyük
alim İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir :
Əbu Hənifənin
məzhəbi musiqi və çalğı alətləri məsələsində ən şiddətli məzhəbdir. Onun məzhəbinin
sözləri ən sərt sözlərdir. Onun əshabı çalğı alətlərinin hamısına (qaval, ney,
dəf və.s) qulaq asmağın haram olduğunu demişlər.
Bax: İğasətul Ləhfən, 348.
Möhtərəm
oxucu, ən təəccüblü olan isə “dini musiqi”, “dini mahnı” sözüdür. Dində musiqi
haramdır, haram! Hələ qaldı kİ, “dini musiqi” olsun.
Hazırki
hal isə bu böyük alimin dediyi kimidir:
Şeyx
Albani (Allah ona rəhm etsin) belə demişdir:
Qorxuram
iş o yerə gəlib çatsın ki, insanlar musiqinin hökmünü unutsunlar, hətta bir
kimsə onu (musiqinin haramlığını) bəyan etdikdə bu, ona inkar olunsun və bu
kimsənin əməli şiddətli olmağa nisbət olunsun.
Bax: Təhrimu
Ələti Tarb, səh. 16
Sonda
həmd olsun aləmlərin Rəbbi olan Allaha.