Quran və Sünnədən yapışın

Quran və Sünnədən yapışın

Quran və Sünnədən möhkəm yapışın!

Şeyxin dediyi kimi – biz ətrafımızdan, hər tərəfdən bütün düşmənlərin hücumlarına məruz qalmışıq. Lakin Peyğəmbər demişdir:
“Mən sizə elə şeylər qoyub gedirəm ki, əgər ondan möhkəm yapışsanız, məndən sonra əsla doğru yoldan azmazsınız. O, Allahın kitabı və mənim sünnəmdir.
Allahın kitabı Qurani-Kərim də, Allah Rəsulunun sünnəsi də bizim əlimizdə mövcuddur. Əgər Allahın kitabından və Allah Rəsulunun sünnəsindən möhkəm yapışsaq, hücum edənin və pislik etmək istəyənin bizə heç bir zərəri toxunmaz.
 
Allah eləməsin, Allah qorusun, əgər bu möhkəm ip (Quran və Sünnə) əlimizdən qaçarsa, həlaka uğrayanların ən birincisi elə məhz biz olarıq. Peyğəmbər buyurmuşdur:

“Sizdən kim məndən sonra yaşayarsa, çoxlu ixtilaflar görəcəkdir. Sizə mənim sünnəmlə və doğru yolda olan xəlifələrin sünnəsi ilə getməyi tapşırıram. Ondan azı dişlərinizlə yapışın. Sizi (dində) yeniliklərdən çəkindirirəm. Həqiqətən də, hər bir yeni iş bidətdir. Hər bir bidət isə zəlalətdir. Hər bir zəlalət də oddadır.
Allaha həmd olsun ki, biz Allah Rəsulunun bizə qoyub getdiyi aydın bir yol, doğru-düzgün bir mənhəc üzərindəyik. Əgər biz Allahın ipindən (Quran və Sünnədən) möhkəm yapışsaq, bizə bəlaların gəlməsini gözləyənlər bizə əsla zərər verə bilməz. 

“Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz”.
 (Əl-Ən’am, 153)

Bu məsələ olduqca ciddi bir məsələdir. Şəkk yoxdur ki, biz hər tərəfdən hücumlara məruz qalırıq. Lakin bizim əlimizdə onun özündən möhkəm yapışdığımız zaman bizi düşmənin şərrindən qoruyacaq təsirli bir silah var. O, Allahın kitabı və Rəsulunun sünnəsidir.

Şeyx Saleh Fovzan