Şeyx Fovzan:
Cəfərilər,
İsmaililər, Fatimilər, Qaramitlər .....
Şiələrin
ikinci firqəsinə gəldikdə isə onlar deyirlər ki, Əli Peyğəmbərin vəsiyət etdiyi
kəsdir və o, xəlifə olmağa daha layiq idi. Əbu Bəkr, Ömər və Osmanln xəlifəliyi
zülm və haqqı qəsb etməkdir. Bu, cəfəri şiələrin, ismaili şiələrin və başqa
firqələrin sözüdür. Onlar deyirlər ki, xilafət Əliyə aid idi. Peyğəmbərin (Ona
Allahın salavatı və salamı olsun) özündən sonra vəsiyət etdiyi şəxs Əlidir. Səhabələr
ona zülm edərək xəlifəliyi ondan qəsb ediblər. Onların olduqca çox zəlalətləri
var. Cəfərilər Muhəmməd Bəqirin oğlu Cəfər Sadiqə nisbət olunurlar. Cəfər Sadiqə
nisbət olunurlar və deyirlər ki, xilafət (imamət) Muhəmməd Bəqirdən sonra oğlu
Cəfər Sadiqə aiddir. Elə buna görə də, Cəfərilər adlanıblar. Musəvilər isə Cəfər
Sadiqin oğlu Musa Kazıma nisbət olunurlar. İsmaililər isə Muhəmməd Bəqirin oğlu
İsmailə nisbət olunurlar. Deyirlər ki, imamət Muhəmməd Bəqirdən sonra oğlu
İsmailə aidddir. Çünki o, Cəfərdən böyükdür. Lakin o (İsmail), atasından belə
öncə vəfat etmişdir. Deyirlər ki, imamət ona keçməlidir. Buna görə də, İsmaililər
adlanıblar. Fatimilər və Qaramitlər İsmaililərdən meydana gəlmişlər. Onlar
doğru yolda Cəfərilərdən daha çox sapmışlar, Cəfərilərdən daha betər zəlalətdədirlər.
Bu firqələrin içində “Ğulət Şiələr” (həddi daha çox aşmış) də var. O kəslər
ki, peyğəmbərliyin Əliyə aid olduğunu deyirlər. Lakin Cəbrail xəyanət edərək
peyğəmbərliyi Muhəmmədə verdi deyirlər, yoxsa ki, əsli Əliyə aiddir. Əmin (Cəbrail)
xəyanət etdi və Heydaradan (Əlidən) uzaqlaşdırdı. Əmin – Cəbraildir (Ona
Allahın salamı olsun) yəni peyğəmbərliyi Əlidən uzaqlaşdırıb Muhəmmədə yönəltdi.
Əlini “Heydara” adlandırırlar.
ARDI
VAR ..... İNŞƏALLAH
Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha