- İmam İbn Bəz rahiməhullah belə demişdir :
Qul "Muhəmmədən Rəsulullah" şəhadəti gətirdikdən sonra ona vacibdir ki, onun (peyğəmbərin) əmr etdiklərinə itaət etsin, onun gətirdiyi xəbərləri təsdiqləsin, qadağan etdiklərindən çəkinsin və Allaha yalnız onun şəriətində gələn kimi ibadət etsin. Bu dörd məsələ labüddür :
1) Onun əmr etdiklərinə itaət etmək.. Namaz, zəkat və başqaları.
2) Onun gətirdiyi xəbərləri təsdiqləmək.. Cənnət, Cəhənnəm və başqaları ..
3) Onun qadağan etdiklərindən çəkinmək .. Zina, riba (sələm) və Allah və Rəsulunun başqa qadağalarından ..
4) Allaha yalnız onun şəriətində gələn kimi ibadət etmək və dində Allahın şəriət etmədiyi yenilik çıxarmamaq. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözünə görə :
«Kim bizim əməlimizə uyğun olmayan bir yenilik gətirərsə, o şey rədd olunar.» (Buxari və Müslim)
Başqa bir rəvayətdə isə: «Kim bizim əməlimizə uyğun olmayan əməli edərsə o şey rədd olunar.» (Səhih Muslim)
Şərh Usul Sələsə, səh. 44
Samiq Mustafayev