Dua haqqında
- 355
İbn Covzi (Uca Allah ona rəhmət etsin) tanınmış İslam alimlərindən biridir. Zəhəbi onu Siyər Ə'lamin-Nubələ kitabında bu sözlərlə vəsf etmişdir: Əbdurrahmən ibn Əli əl-Bəkri, Əbu Bəkr Siddiqin nəslindəndir. İbn əl Covzi (adı) ilə tanınır. İraqın alimi və bütün diyarların vaizi idi.
Və (sonra Zəhəbi) onun hekayələrindən danışmağa başlayır: İbn Covzi, (Allah ona rəhm etsin) gəncliyində də, qocalığında da elm tələbində (elm öyrənməkdə) yüksək himməsi və əzmkarlığı var idi. İmam Əhmədin bu sözünü götürərək (rəhbər tutaraq) "Beşikdən qəbrədək elm tələb et (elm öyrən)! nə deyir?! Deyir ki, biri məni ziyarət etmək istədikdə, bu ziyarət zamanı vərəqləri hazırlayır və qələmləri yonmaqla məşğul olurdum. Yəni onlarla (söhbət edərkən belə) vaxtını boşa xərcləmirdi. Onlarla söhbət edərək ünsiyyət qururdu lakin əli (faydalı işlə) məşğul idi. Çünki vaxt gedir. Fikri onlarla söhbətdə olsa da əməli yəni əli ilə qələmləri yonur və vərəqləri hazırlayırdı.
Oğlu və həmçinin tələbələrindən biri onun haqqında belə deyərdi: Ehtiyacını ödəmək üçün (ayaqyoluna) girdikdə qızına (və ya yanında olan başqa birinə) tapşırardı ki, kənardan ona filan kitabdan və ya eşitməsi üçün nəsə bir şeydən oxusun. Onun uca himməsi və niyyətinin saflığı (ixlaslı olmağı) səbəbilə bəziləri risalə şəkilində, bəziləri isə böyük cildlər şəkilində olmaqla 500dən çox kitab yazmışdır.
Şeyx Salih Ali Şeyx