Mərhəmətli və Rəhmli Allahın adı ilə.
Salavat xeyir-dua deməkdir.
Uca Allah ﷻ belə buyurmuşdur:
{ إِنَّ ٱللَّهَ وَمَلَٰٓئِكَتَهُۥ
يُصَلُّونَ عَلَى ٱلنَّبِيِّۚ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ
عَلَيۡهِ وَسَلِّمُواْ تَسۡلِيمًا }
Həqiqətən də, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua
verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu
salamlayın. (Əhzab, 56)
Peyğəmbər ﷺ belə buyurmuşdur:
Kim mənə bir dəfə salavat deyərsə, (bunun qarşılığında)
Allah da ona on salavat deyər*, onun on günahı silinər və o, on dərəcə
qaldırılar.
Bax: Sahih Tərğib, 1657
*Elm əhli buyurur ki, yəni "Allah bir salavat qarşılığında
ona on rəhmət edər".
Bu hədis ümumən salavatı çoxaltmaq haqqındadır. Xüsusən də Cümə
gecəsi və Cümə günü
Peyğəmbərə ﷺ belə buyurmuşdur:
Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə
bir dəfə salavat deyərsə, (bunun qarşılığında) Allah da ona on salavat deyər.
Bax; Sahihul Cəmi, 1209
Salavatın fəziləti haqqında alimlərin sözləri
Böyük alim ibn
Covzi (Allah ona rəhm etsin) belə demişdir:
Allah! Allah! Ey mömin kişi və qadınlar, sevimliniz Muhammədə
ﷺ bütün günlərdə, vaxtlarda, zamanlarda,
saatlarda salavatı çoxaldın! Ola bilsin ki, Allah sizi sıxıntılardan, bəlalardan,
cəzalardan, əzabdan xilas etsin və yerlərin və göylərin dəyişdiyi gün sizi uca
cənnətlərə daxil etsin.
Bax: Bustənul Vəizin, 1/281
Şeyx İbn Useymin (Allah ona rəhm etsin) demişdir:
"Allah rasulunun ﷺ
haqlarından biri də sənin ona salavatı və salamı çoxaltmağındır. Onun sənin
salavatına və salamına ehtiyacı yoxdur, lakin sənin bu salavatın və salamın əcrinə
(savabına) ehtiyacın var. Çünki sən rasula ﷺ
bir dəfə salavat etdikdə Allah buna görə sənə on dəfə salavat edir."
"Şərh Riyədus-Salihin", 5/175.
Salavatın səmərələri
Böyük alim ibn Covzi (Allah ona rəhm etsin) belə demişdir:
Bilin ki, Muhamməd sallallahu aleyhi və səlləmə salavatı
(xeyir-dua) çoxaldan hər müsəlman qulun, Allah qəlbini nurlandırar, günahını
bağışlayar, köksünü genişləndirər və işini asanlaşdırar.
Bax: Bustənul Vəizin, səh. 297.
Şeyx Muqbil (Allah ona rəhm etsin) belə demişdir:
Kimin sıxıntıları artarsa, qoy Allah Elçisinə ﷺ salavatı çoxaltsın.
Salət Alən-Nəbiyyi ﷺ
Salavat Allahın qula xeyir istəməsinin əlamətidir.
Böyük alim İbn Covzi (Allah ona rəhm etsin) həmçinin belə
demişdir:
Allah, qul üçün xeyir istəyərsə, Muhəmmədə ﷺ salavat gətirməyi onun dilinə asanlaşdırar.
Bax: Bustənul Vaizin, 1/300
Nə qədər salavat desək kifayətdir?
Böyük alim İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir:
İnsan Peyğəmbərə ﷺ
aldığı nəfəslərin sayı qədər belə salavat deyərsə, yenə də onun haqqını ödəmiş
olmaz.
Bax: Cələul Əfhəm, səh. 462
Salavatln formaları
Allahummə salli alə Muhəmməd, Allahummə salli alə Muhəmmədin
və alə Ali Muhəmməd… və.s
Salavatın ən üstün forması hansıdır?
Təfsir alimi AbdurRahman Sədi öz təsirində belə deyir:
Peyğəmbərə xeyir-duanın və salamın onun səhabələrinə öyrətmiş
olduğu ən fəzilətli şəkli belədir:
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ
وَعَلَى آلِ مُحمَّد، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ
إبْرَاهِيمَ، إِنَّكَ حَميدٌ مَجِيدٌ، و بَارِكْ عَلَى مُحمَّدٌ وَعَلَى آلِ
مُحَمَّدٍ، كَمَا بَارَِكْتَ عَلَى إبْرَاهِيمَ وَعَلَى آلِ إبْرَاهِيمَ، إِنَّكَ
حَمِيدٌ مَجِيدٌ
"Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə
salleytə alə İbrahimə və alə ali İbrahim, innəkə həmidun məcid. Və bərik alə
Muhəmmədin və alə ali Muhəmməd, kəmə bəraktə alə İbrahimə və alə ali İbrahim,
innəkə həmidun məcid"
«Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin
kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən,
Şan-şöhrətlisən! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə
və
Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən,
Şan-şöhrətlisən!»
Bax: Əhzab surəsi 56-cı ayənin təfsiri
Sonda həmd olsun aləmlərin rəbbi olan Allaha