Sufyan Sovri

Sufyan Sovri
Mərhəmətli və Rəhmli Allahın adı ilə

İmam Əbu Abdullah Sufyan ibn Səid Sovri hicri tarixlə 97- ci ildə (miladi tarixlə 715) İraqda (Kufədə) anadan olmuşdur. Hədis elimində "möminlərin əmiri" sayılırdı. Hicri tarixlə 161-ci ildə (miladi tarixlə 778) İraqda (Bəsrədə) vəfat etmişdir:

Bəzi seçmə kəlamları:

Sufyan Sovri  belə demişdir:

"İnsanlar gün gələcək qəlblərin öldüyü bədənlərin yaşadığı zamana şahid olacaqlar".

Bax: Hilyə, 7/86

Sufyan Sovrinin Əli ibn Hüseyn Sulləmiyə tövsiyəsindən:

"Möminlərdən heç bir kimsəni söymə! Yaxşılıqdan da heç bir şeyi kiçik görmə! Dünya əhli ilə onların dünyaları barəsində mübahisə etmə!"

Bax: Hilyətul Əvliyə, 7/82.

Yəyha İbn Yəmən deyir ki, Sufyan Sovrinin belə dediyini eşitdim:

"Alim dinin həkimi, dirhəm (pul) isə dinin xəstəliyidir. Əgər həkim xəstəliyi özünə cəzb edərsə, başqasını nə zaman müalicə edəcək?!"

Bax: Hilyətul Əvliyə

Yusuf İbn Əbsat rəvayət edir ki, Süleyman Xavvas dənizdə səfərə çıxmaq istədi və ona dedilər: "Bizim əmirimizin olmağı labüddür". 

O dedi: "Mən sizin əmirinizəm". 

Bu xəbər Sufyan Sovriyə çatdıqda o, Süleyman Xavvasa məktub yazaraq belə dedi:

"Başçılığı sevməyi tərk etmək, dünyada zahidlik etməkdən daha çətindir".

Süleyman Xavvas bunu oxuduqda belə dedi:

 "Mən artıq sizin əmiriniz deyiləm".

Bax: Muqaddəmə Cərh və Təadil

ARDI VAR...

Həmd olsun aləmlərin Rəbbi olan Allaha