Sübh (Fəcr) namazı haqqında

Sübh (Fəcr) namazı haqqında


Uca Allah belə buyurur:

وَقُرۡءَانَ ٱلۡفَجۡرِۖ

Sübh namazını da qıl. (İsra, 78)

Allah Elçisi belə buyurmuşdur: 

Kim sübh (fəcr) namazını qılarsa, o kimsə Allahın qoruması altındadır”. 

(Muslim, 657.)

Bir başqa hədisdə Allah Elçisi belə buyurmuşdur: 

“Kim sübh (fəcr) və əsr namazını qılarsa, Cənnətə girər”.

 (Buxari və Muslim rəvayət etmişlər.)

İmam İbn Qeyyim (rahiməhullah) belə demişdir:

 “Fəcr (sübh) namazı əməlin əsası və onun başlanğıcıdır”. 

(Zadul Məad, səh. 78.)

Şeyx İbn Useymin (rahiməhullah) belə demişdir:

“Bu iki namazı qorumaq və vaxtında qılmaq Cənnətə girməyin səbəblərindəndir”.

 (Şərh Riyadus Salihin, 2/188.)

•Sübh (fəcr) namazını məsciddə camaatla qılmağın fəziləti

Allah Elçisi belə buyurmuşdur: 

“Əgər insanlar işa (yatsı) və sübh namazındakı fəzilətləri bilsəydilər, iməkləyərək olsa belə, o namazları qılmaq üçün məscidə gələrdilər”. 

(Səhih Buxari, 615.)

•Sübh (fəcr) namazının iki rükət sünnəsinin fəziləti

Allah Elçisi belə buyurmuşdur:

 “Sübh (Fəcr) namazının iki rükət sünnəsi dünya və onun içindəkilərdən daha xeyirlidir”.

 (Muslim, 725.)

Şeyx İbn Useymin (rahiməhullah) bu haqda belə demişdir: 

“Dünya Allah qatında ağcaqanadın qanadından daha dəyərsizdir. Buna görə də insan sübh namazının iki rükətini (sünnət) qıldıqda bu onun üçün dünya və içindəkilərdən xeyirli olur. Bu iki rükət bütün dünyadan - yaradılandan məhv olana qədər - daha xeyirlidir. İki rükət nə qədər zaman alacaqdır? Beş dəqiqə dəstəmaz, beş dəqiqə (namaz) dünyanın əvvəlindən axırına kimi hamısına bərabərdir. O zaman dünya Allah qatında heç bir şeyə bərabərdir”.

 (Şərhul Kəfiyətil Şəfiyə, 4/268.)

•Sübh (Fəcr) namazına yatıb qalmağın təhlükəsi

Şeyx İbn Bəz (rahiməhullah) belə demişdir:

 “... Bundan Allaha sığınırıq. İnsan öz dünyəvi ehtiyacı və məxluqun haqqı üçün qalxır, amma Allahın haqqı üçün (namaza) qalxmır”.

 (Məcmul-Fətava, 29/179.)