Evlilik, vəlideyn
Assaləm aleykum, Allah sizə bərəkət vesin və üzünüzü ağ etsin. Əmin. Valideyinlər dünyəvi məsələyə görə evlənməyimi gecikdirib ərtələyirlərsə mən nə etməliyəm? Rusyada qalırıq. Əxlaqı, dini gözəl olan sələf bacı var, atası tərəf Özbək, anası tərəf Venqr/Ukrain (atası anası xristiandılar). Məndən 4 yaş böyükdür. Artıq 9 aydır səbr edib, öz valideynimə başa salmaq istəyirəm ki, xeyirli bir insan olar, evlənmək olar onunla. Atam gah razılaşır, gah deyir ayrısın axtar, səbəb də anamın tamamən narazılığı, çünkü ancaq öz millətimizdən gəlin istəyir (qanımızın təmiz olmasın istəyir deyir). Və mənim bu seçimimə görə kədərlənir, arada ağlayır, sanki mən ona xəyanət etmişəm (mənə buna görə günah varmı?). Bu 9 ay ərzində ayrı dini və dünyəvi cəhətdən bəyəndiyim, xoşa qələn bir insan olmadı, bacıların çoxu başı açıq, və namaz bele qılmayanlar var. Mənə əlacsızlıqdan onları təqdim edir valideyinlərim. İstixara namazını qılmışam bir neçə dəfə və qəlbim tam rahatdır bu işə, amma bele bir vəziyyətdəyəm.
Samiq Mustafayev
va aleykum salam
Allah xeyirlisini nəsib etsin. Hər nə qədər oğlan tərəfin razı olma şərti nigahda olmasa belə, onları razı salın.