Sədi təfsirindən faydalar

Sədi təfsirindən faydalar

Sədi təfsirindən faydalar

 

Haqqa boyun əy

Kim Rəbbi qarşısında zəlil olmağı tərk edərsə, başqasının qarşısında zəlil olmaqla imtahan olunar. Kim də haqqı tərk edərsə, batillə imtahan olunar.

Təfsir Sədi, 1/18.

 

Namaz tərəzidir.

Namaz əməllərin tərəzisidir. Həqiqətən, o, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir. Allaha itaət edənlər üçün isə asan və yüngüldür.

Təfsir Sədi, səh. 37

 

Uca Allah ﷻ belə buyurur:

{ سِیمَاهُمۡ فِی وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ }

Əlamətləri isə üzlərində olan səcdə izidir.

Fəth, 29.

 

İbadət çoxluğundan və gözəlliyindən üzlərinə təsir edib və nurlanıb. Batinləri (daxilləri) namazla nurlandığı kimi zahirləri (xaricləri) də onun gözəlliyi ilə nurlanıb.

Sədi təfsirindən

 

Yetimə qayğı göstər.

Uca Allah ﷻ belə buyurur:

{فَأَمَّا ٱلۡیَتِیمَ فَلَا تَقۡهَرۡ}

Elə isə yetimə xor baxma!

Duha, 9.

Sən öldükdən sonra övladınla necə davranılmasını istəyirsənsə, yetimlə o cür davran.

Sədi təfsirindən

 

Məzlum təsəlli

Uca Allah ﷻ belə buyurur:

{ وَلَا تَحۡسَبَنَّ ٱللَّهَ غَٰفِلًا عَمَّا يَعۡمَلُ ٱلظَّٰلِمُونَۚ إِنَّمَا يُؤَخِّرُهُمۡ لِيَوۡمٖ تَشۡخَصُ فِيهِ ٱلۡأَبۡصَٰرُ }

Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır.

İbrahim, 42.

Bu ayə zalımlar üçün şiddətli bir təhdid, məzlumlar üçün isə təsəllidir.

Sədi təfsirindən

 

[ Peyğəmbərə xeyir-dua və salamın ən fəzilətli şəkli ]

Peyğəmbərə xeyir-duanın və salamın onun səhabələrinə öyrətmiş olduğu ən fəzilətli şəkli belədir:

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحمَّد، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إبْرَاهِيمَ، إِنَّكَ حَميدٌ مَجِيدٌ، و بَارِكْ عَلَى مُحمَّدٌ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَِكْتَ عَلَى إبْرَاهِيمَ وَعَلَى آلِ إبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ

"Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə salleytə alə İbrahimə və alə ali İbrahim, innəkə həmidun məcid. Və bərik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə bəraktə alə İbrahimə və alə ali İbrahim, innəkə həmidun məcid"

«Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və

 Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!»

 Əhzab surəsi 56-cı ayənin təfsiri

 

Uca Allah ﷻ belə buyurur:

مَّا یَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ

 ٱللَّهُ شَاكِرًا عَلِیمࣰا

Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah itaətkar qullarına təşəkkür edəndir, Biləndir. (Nisa, 147)

 

Uca Allah sizdən tövbə etməyinizi, Ona üz tutmağınızı və Ona dönməyinizi istəyir. Belə olduqda niyə sizə əzab versin ki? O, sizə əzab verməklə nə rahatlayır, nə də sizin cəzalanmağınızın Ona faydası var. Əksinə, günah edən yalnız özünə zərər verir, həmçinin itaət edənin də əməli öz xeyrinədir.

Sədi təfsirindən

 

Uca Allah ﷻ belə buyurur :

وَلَا تَكُونُوا۟ كَٱلَّذِینَ نَسُوا۟ ٱللَّهَ فَأَنسَىٰهُمۡ أَنفُسَهُمۡۚ أُو۟لَـٰۤىِٕكَ هُمُ ٱلۡفَـٰسِقُونَ

Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!

 (Həşr, 19)

Həqiqətən ən böyük məhrumiyyət qulun bu şeydən qafil olması, Allahı unudan kəslərə bənzəməsi, Onun zikrindən və Onun haqqını yerinə yetirməkdən qafil olması, nəfslərinin həzz və istəklərinə yönəlməsi, nicat tapmaması və heç bir fayda əldə etməməsidir. Bununla bərabər Allah onlara öz xeyirlərini unutdurar, onları öz xeyirlərinə və faydalarına olan şeylərdən qafil edər. Beləcə də onların işləri səmərəsiz olar, hər iki diyarda ziyana uğrayar, aldanış içində olar, nə istədiklərini əldə edə, nə də islah edib düzəldə bilərlər. Çünki onlar fasiqlərdir. O kəslər ki, Rəblərinin itaətindən çıxmış və Onun günah etdiyi şeylərə tərəf yönəlmişlər.

Təfsir Sədi "Həşr surəsinin təfsirindən"

 

Allahın qulları arasında sünnəti (qayda-qanunu) odur ki, cəza nazil olduqda yaxşılığı əmr edib, pislikdən çəkindirənlər qurtularlar (nicat taparlar).

Təfsir Sədi, 337

 

 Uca Allah belə buyurur :

وَلَا یَحۡسَبَنَّ ٱلَّذِینَ یَبۡخَلُونَ بِمَاۤ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ هُوَ خَیۡرࣰا لَّهُمۖ بَلۡ هُوَ شَرࣱّ لَّهُمۡۖ سَیُطَوَّقُونَ مَا بَخِلُوا۟ بِهِۦ یَوۡمَ ٱلۡقِیَـٰمَةِۗ وَلِلَّهِ مِیرَ ٰ⁠ثُ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِیرࣱ

Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.

Əli İmran, 180

Allahın öz lütfündən verdiyinə mal, var dövlət, həmçinin elm də aiddir. Bu şeylərdən xərcləməyənlər elə zənn etməsinlər ki, bu onların xeyrinədir, əksinə bu onların həm dinləri, həm də

 

Günahlar

Həqiqətən asiliklər əxlaqları, əməlləri və ruziləri məhv edir.

Təfsir Sədi, 318

 

وَمُبَشِّرَۢا بِرَسُولࣲ یَأۡتِی مِنۢ بَعۡدِی ٱسۡمُهُۥۤ أَحۡمَدُۖ

Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm. (Saff, 6)

O, Muhəmməd ibn Abdullah ibn AbdulMuttalib, Həşimi peyğəmbərdir. İsa (Ona Allahın salamı olsun) yalançıların müxalifliklərinə  görə özlərindən əvvəlki peyğəmbəri təsdiqləyən peyğəmbərlər kimi, o, da özündən sonra gələn peyğəmbərlə müjdələyir. Həqiqətən də onlar peyğəmbərləri şiddətli şəkildə ona zidd olaraq yalanlayırdılar. Onlar vəsflərdə, əxlaqda, əmrlərdə və qadağanlarda müxalif olurdular.

Sədi Təfsiri "Saff surəsi 6-cı ayə".