Ruqyə haqqında

Ruqyə haqqında

ƏN FAYDALI RUQYƏ | ŞEYX XALİD ZAFİRİ

Ən faydalı ruqyə üç şeyin var olması ilə olur. Çünki bəziləri deyir ki, “məni ruqyə et", amma o kəsə ruqyə fayda vermir və ya öz-özünü ruqyə edir, yenə də, ruqyə ona fayda vermir.

Bu üç şey nə qədər güclü olarsa, bir o qədər ruqyənin faydası güclü olar. 

*Birinci məsələ, ruqyənin nə ilə edilməsidir. O, da ruqyə zamanı Qurandan və Allah Rəsulundan ﷺ sabit olan şərii dualardan istifadə etməkdir. Bu, ən faydalı ruqyədir.

*İkinci məsələ, ruqyə edənin etiqadının güclü olmasıdır. Ruqyə edənin özünün imanının həddi kamil möminlik dərəcəsində olmalıdır. Çünki bu şəfa, xəstəliyinin getməsi və müalicə olması üçün ən böyük səbəblərdəndir. Əgər ruqyə edənin imanı zəif olarsa, ruqyəsinin faydası da zəif olar.

*Üçüncü məsələ isə ruqyə olunanın etiqadının qüvvəsidir. Əgər etiqad edərsə ki, bu ruqyə ona fayda verəcək, o zaman ruqyə ona fayda verəcək.

Lakin bu ruqyənin ona fayda verməsi haqqında imanında çalxalanma olarsa və ruqyənin ona faydası olmayacağını düşünərsə, bu kəsə ruqyə fayda verməz. 

Hazırda ruqyə məsələsində vəsvəsələr, insanları ələ salmaq, satın almaq kimi geniş qapılar açılıb. Artıq ruqyə insanlara fayda vermək üçün deyil də, ticarətə çevrilib .

Çoxları klinikalar və başqa şeylər açıblar və  onlara görə ruqyə ticarət məsələsi olub. Bu şeylər sələflərdə olmayıb.

Ruqyə edərək bu miskin və zəif xəstələrdən pul almaq üçün klinikalar açmaq müasir bidətlərdəndir. Bunlar hamısı şəriətdə icazəli olmayan şeylərdir. Bu, şərrə qapı açmaqdır. Bu, insanların ruqyə edəndən asılı olmağına qapı açır.

İnsanlar etiqad edəcək ki, “artıq filankəs şəfa verir” Bu həmçinin insanların ələ salmasına aparır və yüz kağız pula bir şey alır və onu bir və ya bir dinar yarıma satır. Bu xəstələrdən, vəsvəsəli və şeytan toxunmuş insanlardan qazanc əldə edirlər. Bəzi elm əhlinin dediyi kimi, "şəkk yoxdur ki, belələri ruqyə edən yox, dəccaldır". Bu dəccaldır və ruqyə edən deyildir. Məsələ ticarət məsələsi deyil. Məsələ insanlara fayda verməkdir. Əgər sənə ruqyə etməyin qarşılığında nəsə versələr, bunda bir problem yoxdur.

Hətta ruqyə etməyə görə qarşılıq almaq haqqında varid olan dəlillərdə belə, ruqyə edilənə faydası olduqdan sonra nəsə almaq gəlib. Əgər xəstəyə faydası olarsa, o zaman qarşılığında nəsə verir.

Bunlar isə ruqyə oxumadan öncə qarşılıq alırlar. Xəstə insan klinikaya daxil olur və ödəmə edir. Bu isə şəriətdə icazəli deyildir. Bəli