Nərd oynamağın hökmü

Nərd oynamağın hökmü


Bismilləh.

Nərd oynanılması haram olan oyunlardandır, hətta qumar niyyəti ilə olmasa belə. Ona görə ki, nərd oynamağın haram olması haqqında qəti dəlillər gəlmişdir. Onların bəzisini sizə təqdim edirik:


Allah Elçisi ﷺ belə buyurmuşdur:

Kim nərd oynayarsa, əlini donuz ətinə və qanına bulamış kimi olar.

Bax: Muslim, 2260


Başqa bir hədisdə Allah Elçisi ﷺ belə buyurmuşdur:

Kim nərd oynayarsa, Allaha və Onun Elçisinə asi olmuşdur (qarşı çıxmışdır).

Bax: Sahihul Cəmi, 6529



Bəzi alimlər nərd oynamağın haram olmasının icma olduğunu nəql etmişlər. 

Ziləi "Təbyinul Həqaiq, 6/32



Sual: Telefonlarda nərd oyunu oynamağın hökmü nədir?

Cavab: Haramdır, icazəli deyil. Bu, məcusilərin (atəşpərəstlərin) əməllərindəndir. Məcusilərin (atəşpərəstlərin) oyunlarındandır və batildir. Onu inkar etmək və ondan uzaq olmaq vacibdir.

Cavab verdi: Şeyx Saleh Fovzan

Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha