Şeyx Abdullah Buxari belə deyir:
“İmam
Buxari öz səhihində Cabirdən (Allah ondan razı olsun) belə rəvayət edir:
“Allah
Rasulu ﷺ
Cümə günü
bir ağacın və ya xurma kötüyünün
üzərinə çıxıb
xütbə verərdi.
Ənsardan olan bir qadın
və ya bir kişi
dedi:
“Ey
Allahın Rasulu, bəlkə sənin üçün
bir minbər düzəldək?
”
Allah Rasulu ﷺ buyurdu: “Əgər
istəyirsinizsə, düzəldin”.
Beləliklə ona bir minbər düzəltdilər. Cümə günü gəldiyi zaman Allah Rasulu ﷺ minbərə çıxarıldı. Bu zaman kötük balaca uşaq kimi hönkürtü ilə ağlamağa başladı. Sonra Allah Rasulu ﷺ minbərdən düşüb kötüyü qucaqladı. Kötük isə sakitləşdirilən uşaq kimi yavaşca inildəyirdi. Allah Rasulu ﷺ belə buyurdu: “O, (kötük) yanında edilən Allahın zikri üçün darıxıb ağlayırdı”.
Bax: Buxari, 3584
Buna görə də imam
Həsən Bəsri bu hədisi rəvayət etdikdə ağlayar və belə deyərdi:
“Ey
müsəlman toplumu! Kötük Allah Rasulu ﷺ üçün darıxdığına görə inildəyirdi. Siz Allah
Rasulu ﷺ üçün daha çox darıxmalısınız”.
Bax: Siyər, 4/570.