Axirət əməlləri ilə dünya istəmək
Salam aleikum Axirət əməlləri ilə sırf dünya istəməyin hökmü nədir
Samiq Mustafayev
Va aleykum salam
İnsanın etdiyi əməl ilə dünya mənfəətini istəməsi bəzən böyük şirk, bəzən isə kiçik şirk olur.
Əgər bir insan İslamı qəbul etməsi və dinə daxil olması ilə yalnız (sırf) dünya mənfəətini məqsəd qoyursa, bu, böyük şirkdir. Bu, Cəhənnəmin ən aşağı təbəqəsində olan münafiqlərin halıdır. Onlar İslamı qəbul etməklə yalnız dünya mənfəətini istəyirdilər. Onlar əslində Allaha və Axirət gününə iman gətirməmişdilər. Buna görə də onların küfrü və şirki böyük küfr və böyük nifaq idi. Allah bizi bundan qorusun.
Bəzən isə bu kiçik şirk olur. Məsələn, bir insan Quran oxuyarkən insanlara göstərmək (riya) üçün oxuyursa, yaxud yaxşılığı əmr edib pislikdən çəkindirərkən riya edirsə. Halbuki o, Allaha və Axirət gününə iman gətirmiş bir müsəlmandır. Lakin bəzi əməllərində dünya məqsədləri və ya riya ona qarışır. Yaxud qənimət əldə etmək üçün cihada çıxır və bunu ixlasla etmir. Belə hal kiçik şirk sayılır. (Şeyx İbn Bəz)

