Həyalı olmaq
- 600
Övladlarınızı tövhid üzərə tərbiyə edin
Allaha dua edin, tək Allaha dua edin və bunu insanlara öyrədin. Tək Allaha ibadət edin. Özünüzü, övladlarınızı, ailənizi və qohumlarınızı xalis tövhid üzərə tərbiyə edin.
Allaha and olsun ki, əgər sən tövhidi dəqiq bilməsən, cəhənnəmə və orada əbədi qalmağa məruz qalacaqsan. Lə iləhə illəllah və Muhəmməd Rasulullah şəhadətinin mənasını dəqiq bilməlisən. Sən qəbrində bundan soruşulacaqsan. Əgər günahkar olsa belə bunun səbəbilə cəhənnəmdən çıxarsan, bu tövhid səbəbilə ordan çıxarsan.
Əgər dünya dolusu qızıl və gümüşü xərcləsən belə və sən Allaha şərik qoşan müşriksənsə, Allah bu etdiyin yaxşılıqları toz dənəciyinə çevirər.
Sən Allaha istədiyin qədər ibadət etmiş olsan belə, Allaha ibadətdə kimisə (nəyisə) tay tutmusansa, Allah bu ibadətləri əsla səndən qəbul etməz. Uca və Nöqsansız Allah bunu şirk olaraq görər və səninlə müşriklərə davrandığı kimi davranar.
Şeyx Rabi Mədxali
https://youtu.be/odTZ5Py9UWo?si=3IuGAn8UnPySMzP7