Həkimə tövsiyələr

Həkimə tövsiyələr

Müsəlman həkimə tövsiyə / Şeyx ibn Useymin 

Danışmaq istədiyimiz şeyə gəldikdə isə (Allahdan istəyirəm ki, məni doğru olana müvəffəq etsin) deyirəm ki, ey qardaşlarım, xəstəlik iki növdür.  Birincisi qəlbin xəstəliyi, o, da mənəvi xəstəlikdir. İkincisi isə bədənin xəstəliyidir, o da hissi (maddi) xəstəlikdir. Birincisinə daha çox diqqət göstərmək lazımdır, çünki əbədi həlak və əbədi qurtuluş onun üzərində qurulub. Qəlbin xəstəliyinin iki şöbəsi var.  Birinci şöbəsi cahillikdir. Həqiqətən, insanların çoxu xeyiri sevirlər, onu etmək üçün çalışırlar, lakin onlarda cahillik var. Bunun səbəbiylə də böyük təhlükələr ortaya çıxır. Buna görə də, Sufyan İbn Uyeynə (rahiməhullah) belə demişdir:

Abidlərimizdən fəsada uğrayan kimsə nəsranilərə bənzəmiş olar, çünki nəsranilər xeyir istəyirdilər, amma doğru yoldan azmışdılar. Necə ki, Uca Allah buyurur:

Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər. (Hədid, 27)

Sufyan belə demişdir:

Alimlərimizdən fəsada uğrayan kimsə isə yəhudilərə bənzəmişdir.

Çünki yəhudilər haqqı bildikləri halda ona müxalif oldular.

Qəlbin xəstəliyi də bunun üzərində dönüb dolaşır. Bu zaman bilirik ki, bizim elmli olmağımız və şəriətdə olan şeyləri qəbul edib ona boyun əyməyimiz labüddür. Əgər belə olmasaq, həlak olacağıq.
 
Bu həlak bədənlərin həlakı kimi deyil. Bədənlərin həlakı əvvəlki hala (torpağa) qayıtmaqdır:

Sizi (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) (dirildib) çıxardacağıq. (Taha, 55)

Lakin qəlblərin həlakının mənası isə həyatı itirməkdir, çünki insan dünyada var olmasından istifadə edə bilmir, dünyanı ziyana uğradır. Həmçinin axirətdə də istifadə edə bilmir. O zaman bəs həqiqi həyat nədir? Bu, sualdır. Cavab verin! Axirət həyatı. Uca Allahın bu sözünə görə:

Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır.  (Ənkəbut, 64)

Elm əhli buyurur ki, bu ayədəki əbədi həyat "kamil həyat" deməkdir.

Uca Allah buyurur:

Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir. (Fəcr, 23-24)

Buna görə də, insan hər şeydən öncə qəlbinin düzəlməsinə diqqət göstərməlidir.Buna görə də, insan hər şeydən öncə qəlbinin düzəlməsinə diqqət göstərməlidir.