Çox təəssüflər olsun ki, bugün dəvətçilərin çoxu əqidə məsələsinə və onu islah etməyə diqqət göstərmirlər. Üstəlik də bəziləri ola bilsin deyirlər ki, "insanları olduqları əqidə üzərində tərk edin və onlara etiraz etməyin, birləşin, parçalanmayın".... "ittifaq etdiyimiz məsələlərdə köməkləşək və ixtilaf etdiyimiz məsələlərdə isə bir-birimizə üzr qazandıraq" .. Buna bənzər ifadələr işlədirlər, o ifadələr ki, Uca Allahın bu sözünə müxalifdir.
فَإِن تَنَـٰزَعۡتُمۡ فِی شَیۡءࣲ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡیَوۡمِ ٱلۡـَٔاخِرِۚ ذَ ٰلِكَ خَیۡرࣱ وَأَحۡسَنُ تَأۡوِیلًا
Əgər bir şey (iş) barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə qaytarın! (həvalə edin) Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (Nisa, 59)
Birləşmək (camaat olmaq) və güclü olmaq yalnız Allahın Kitabına və Rəsulun Sünnəsinə qayıtmaq və onlara müxalif olan şeylər tərk etməklə olur. Xüsusilə də əsas olan əqidə məsələlərində..
Uca Allah ﷻ belə buyurur :
وَٱعۡتَصِمُوا۟ بِحَبۡلِ ٱللَّهِ جَمِیعࣰا وَلَا تَفَرَّقُوا۟ۚ
Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! (Ali İmran, 103)
Bu ümmətin əvvəli nə ilə islah olubsa (düzəlibsə), sonu da ancaq onunla islah olar (düzələr).
Şeyx Fovzan / Əl-İrşad İlə Sahihil İtiqad, səh. 7