Cinsi yaxınlıqla orucu pozmaq
- 358
Usamə İbn Zeyd (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə peyğəmbər ﷺ
Mədinənin hündür qalaların birindən baxaraq belə
dedi: “Mən gördüyümü siz də görürsünüzmü?
Mən evlərinizin arasına tökülən
fitnə yerlərini, (şiddətli yağış sellərinin
açdığı) yarıqlar
kimi gözümlə görürəm”.
(Buxari, 1878. Muslim, 2885)
Şeyx Fovzan (Allah onun qorusun) bu hədisin şərhində belə
deyir:
“Peyğəmbərin ﷺ
möcüzələri var.
Bu da o möcüzələrdən
biridir. Peyğəmbər ﷺ hündür
qalaların, yəni Mədinənin hündür
qəsrlərindən birindən baxdı. Mədinədə bu cür möhkəm
qalalar var, orada düşmənin vəziyyətini gözətləyirlər,
onların üzərinə çıxır
və üzərlərinə gələcək olan düşmənə
baxırlar.
Peyğəmbər ﷺ
həmin qalalardan birinin üstünə çıxdı
və dedi: “Mən gördüyümü
siz də görürsünüzmü
?” Onlar dedilər: “Xeyr”. Çünki
onlar Peyğəmbərin ﷺ gördüyünü
görmürdülər. Bu, ona xas olan şeylərdən və
möcüzələrdəndir.
Bunu ümmətini çəkindirmək üçün
deyirdi.
“Mən fitnə yerlərini sizin evlərinizin arasında görürəm”
və ya “evlərinizin yaxınlığında görürəm”,
çünki fitnə insanlar evlərində ikən onları
bürüyəcək. Bu,
fitnələrin evlərə çatacağına dair peyğəmbərdən
ﷺ çəkindirmədir.
Adətən insanlar evlərində qaldıqda
fitnələrdən salamat olurlar. Evlərindən çıxdıqlarında
isə fitnələrə məruz qalırlar, lakin evdə qalmaq belə bu fitnələrdən
qoruya bilməyəcək. Bu fitnələr insanlar evlərində olduğu
halda onların evlərinə çatacaq. Bu,
axır zamandadır. Allah
daha yaxşı bilir. Medya, peyk yayımları,
süni peyklər ortaya çıxıb
inkişaf etdikdə şər bunların vasitəsilə asanlıqla
yayılacaq və insanların evlərinə çatacaq.
İnsan evində olduğu halda
onları izləyəcək, sanki dünyanın
hər yanı onun yanında kimi
olacaq.
Peyğəmbər ﷺ öz istəyi ilə danışmır. Bu şey baş verəcəkdir. Fitnələr evlərə daxil olacaq və evləri öz hökmü altına alacaqdır. Peyğəmbər ﷺ bunu insanlara xəbər
verərək onları bu fitnələrdən çəkindirmişdir. Hər yerə yayılan fitnələr ortaya çıxdıqda insan öz ehtiyatını götürməli və bu fitnələrin evinə çatmasından evini qorumalıdır. Bu, çətindir, lakin kim səbir
etmək və Allahdan mükafat ummaqla bunu edərsə, Uca Allah
ona kömək olar”.
Mənbə: “Şərh Kitəb Fitən və Həvədis”, səh. 18, 19.
Hazırladı: Samiq Mustafayev.