Rovdatul Muhibbin kitabından seçmələr

Rovdatul Muhibbin kitabından seçmələr

 

Allahı cənnətdə görmək

Böyük alim İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir:
 
Cənnət əhli Uca Allaha baxdıqlarında cənnət nemətlərini unudacaqlar.
 
Səh. 422.
 

Nəfsani istəklər qalib gəldikdə...
 
Nəfsani istəklər insana qalib gəldiyində qəlb qaralar. Qəlb qaraldıqda köks daralar, köks daraldıqda əxlaq pisləşər, əxlaq pisləşdikdə insanlar ona, o, da insanlara nifrət edər.
 
Səh, 644.

Haramda xoşbəxtlik axtarma
 
Kim yaşamağın ləzzətini və rahatlığını Allahın ona haram etdiklərində axtararsa, Allah onu onun istəyinin əksi ilə cəzalandırar. Həqiqətən Allah yanında olanlara yalnız Ona itaət etməklə nail olunur.
 
Səh, 362.
 
[ Yaxşılıqlar qəlbdə nurdur ]
 
İbn Abbas və Ənəs (Allah onlardan razı olsun) belə demişlər:
 
 Şübhəsiz ki, yaxşılıq qəlbdə nur, üzdə aydınlıq, bədəndə qüvvət, ruzidə bolluq və insanların qəlblərində sevgi yaradır.
 
Şübhəsiz ki, pislik qəlbdə zülmət, üzdə qaranlıq, bədən də zəiflik, ruzidə azalma və insanların qəlblərində nifrət yaradır.
 
Səh, 441
 
 
Şeyxim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə demişdir:
 
“Mən xəstələndiyimdə həkim mənə belə dedi:
 
- Həqiqətən, mütaliə etməyin və elmi məsələləri müzakirə etməyin xəstəliyini artırır.
 
Mən ona belə cavab verdim:
 
- Mən buna (elm tələb etmədən) dözə bilmərəm. Bunu sənin elmin (tibb) vasitəsilə izah edim: məgər nəfs şad və sevincli olduqda onun halı yaxşılaşmır və o, şəfa tapmırmı?
O dedi:
- Doğrudur.
Mən dedim:
- Həqiqətən, mənim nəfsim elmlə şad olur, təbiətim onunla güclənir və rahatlıq tapıram.
Həkim dedi:
Bu, bizim müalicəmiz xaricində olan bir şeydir.
 
Səh. 70.


Şeyxi İbn Teymiyyə haqqında
 
Şeyxulİslam ibn Teymiyyə insanların ehtiyacları üçün güclü səylə çalışardı, çünki o bilirdi ki, hər dəfə başqalarına kömək edəndə Allah da ona kömək edir.
 
Səh. 168
 
Tənbəl olma

 
Tənbəllər insanlar içərisində ən çox dərdli, qəmli və hüzünlü olanlardır. İşində və əməlində çalışqan və ciddi olanlardan fərqli olaraq onların nə bir şadlığı, nə də bir sevinci vardır.
 
Səh, 168


[ ELMİN GÖZƏLLİYİ ]
 
 
Əgər elm şəkil olaraq çəkilsəydi, günəşdən və aydan daha gözəl olardı.
 
Səh. 301
 
 
[ Kimin qəlbi haramlara bağlanarsa, şəhvətlərin zülmətində əsir olar. ]
 
Harama bağlı olan qəlb, hər dəfə ondan (haramdan) ayrılmağa və ondan çıxmağa niyyətlənərsə, ona (harama) geri qayıdar.
 
Səh.597
 
 Ardı var inşəAllah ....