Dua haqqında

Dua haqqında

Dua — ibadətlərin ən üstünlərindən və Rəbbul-bəriyyata (məxluqatın Rəbbinə) ən sevimli olanlarındandır.
O, qulluğun nişanəsidir, insanın Allaha ehtiyacını hiss etməsi, Onun qarşısında boyun əyməsi və təvazökarlıq göstərməsidir.

Duanın fəziləti:

1. Dua ibadətdir:

Peyğəmbər ﷺ buyurdu:

“Dua ibadətin özüdür.”

— (Tirmizi, İbn Macə rəvayət edib; Albani səhih sayıb)

2. Dua Allaha itaət və Onun əmrini yerinə yetirməkdir:

Allah Təala buyurur:


وَقَالَ رَبُّكُمُ ٱدْعُونِىٓ أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِى سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ [٤٠:٦٠]


Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. [ 40:60 ]

3. Dua Allah yanında ən qiymətli şeydir:

Peyğəmbər ﷺ buyurdu:

“Allah yanında duadan daha qiymətli bir şey yoxdur.”

— (Əhməd, Buxari, İbn Macə, Tirmizi, Həkim rəvayət edib; Həkim səhih, Zəhəbi təsdiq edib)

4. Dua Allahın qəzəbinin dəf olunmasına səbəbdir:

Peyğəmbər ﷺ buyurdu:

“Kim Allahdan istəməzsə, Allah ona qəzəblənər.”

— (Tirmizi, İbn Macə; Həkim səhih, Zəhəbi təsdiq edib; Albani həsən sayıb)

5. Dua aciz olmamaq əlamətidir:

Peyğəmbər ﷺ buyurdu:

“İnsanların ən acizi dua etməkdən aciz olandır, insanların ən xəsisi isə salamı əsirgəyəndir.”

— (İbn Hibbən rəvayət edib; Əlbani səhih sayıb)

6. Dua bəlanın qalxmasına səbəbdir:

Peyğəmbər ﷺ buyurdu:

“Sizdən kimə dua qapısı açılarsa, ona rəhmət qapıları açılmış olar. Allahdan heç nə istənməyib ki, Ona ən sevimlisi afiyət (bala və müsibətdən qorunmaq) istəmək olsun. Dua nazil olmuş və ya hələ nazil olmamış şeylər üçün faydalıdır. Buna görə də, ey Allahın bəndələri, duaya sarılın.”

— (Tirmizi rəvayət edib; Albani həsən sayıb)

7. Dua edən Allahın hüzurunda olur:

Peyğəmbər ﷺ buyurdu:

“Allah buyurur: Mən bəndəmin Mənim haqqımdakı zənninin yanındayam. O, Məni çağırdıqda Mən onunlayam.”

— (Müslim rəvayət edib)

Hədislər 


Peyğəmbər ﷺ belə buyurmuşdur:

Allaha dua etdiyinizdə duada əzmli olun!

Buxari, 7467

Duada əzmli olmaq Allah o duanı qəbul edəcək deyə Allah haqqında gözəl zəndə olmaqdır.

Fəthul Bari, 13/451

Allah Elçisi ﷺ belə buyurmuşdur:

İnsanların ən acizi dua etməkdən aciz olan, ən paxılı isə salam verməkdən paxıllıq edən kəsdir.

Sahihul Cəmi, 1044.

Rasulullah ﷺ belə buyurmuşdur:

Allaha duanızı qəbul edəcəyinə yəqin olduğunuz halda dua edin.

Sahihul Cəmi, 245


Səninlə dua olduğu halda, acizsən?!

İmam İbn Qeyyim rahiməhullah belə demişdir :

Dua ən faydalı dərmandır. Dua bəlanın düşmənidir, onu dəf edəndir, onu müalicə edəndir. Bəlanın nazil olmasına mane olur, nazil olduqda da, bəlanı qaldırır və ya yüngülləşdirir. O, möminin silahıdır.

Əl-Cəvəbul Kəfi, 1/4


İbrahim Ən-Nəxai rahiməhullah belə demişdir:

Sizdən biri dua etdikdə özündən başlasın. Çünki, o, hansı duanın özü üçün qəbul olunacağını bilmir

Hilyə, 4/229


__
İbn Covzi rahiməhullah belə demişdir:

Allah sizə əmr etdiyi kimi olun ki, O da sizə vəd etdiyi kimi olsun. Allah sizi çağırdıqda siz Onun çağırışına cavab verin ki, siz də Allaha dua etdikdə O da sizin dualarınızı qəbul etsin.

Ət-Təzkira, səh. 19

Böyük alim İbn Covzi (Allah ona rəhm etsin) belə demişdir:

Günaha görə verilən ən ağır cəza növləri bunlardır:

İmandan və münacatdan (Allah dua etməkdən) məhrum olmaq, Quranı unutmaq və istiğfarda ehmalkarlıq.

Zəmmul Həva, 210.
__


Böyük alim İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir:

Dua və zikri çoxaltmaq bütün xeyirlərin açarıdır.

Məcmul Fətava, 10/661.

Şeyxulislam İbn Teymiyyə (rahiməhullah) belə demişdir:

Dua və sədəqə xeyirin gəlməsinin və şərin dəf olmasının ən böyük səbəblərindəndir.

Məcmul Fətava, 10/421.
__
Böyük alim İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir:

Qəlb torpaq kimidir. Həqiqətən, qəlb Allahı təkləşdirməkdən, sevməkdən, Onu tanımaqdan, Onu zikr etməkdən, Ona dua etməkdən xali (boş) olduqda quruyar.

Əsrarus saləti, səh. 60

İmam İbn Qeyyim (rahiməhullah) belə demişdir :

Bəzi sələflər belə dua edərdilər:

Allahım, sənə olan itaətimlə məni izzətləndir, sənə olan asiliklərimlə məni zəlil etmə!

Dərd və Dəva səh.94
_
[ DUA ]

Alləmə Sədi (rahiməhullah) belə demişdir :

Dua - güclülərin və zəiflərin silahıdır, peyğəmbərlərin və seçilmişlərin sığınağıdır, bütün bəlalar onunla dəf edilir.

 Muəlləfət, 23/736

Alləmə Sədi (Allah ona rəhm etsin) belə demişdir:

Dua - güclülərin və zəiflərin silahıdır, Peyğəmbərlərin və seçilmiş qulların sığınacağıdır, onun vasitəsilə bütün bəlaları dəf edirlər.

Məcmu, 23/736.
__________________________________


Şeyx Saleh Luheydan (Allah ona rəhmət etsin) belə buyurmuşdur:

"İnsan Allahın köməyi olmadan zəifdir, Allah hidayət etməsə doğru yoldan sapandır (azandır), Allah yardım etməsə məğlubdur.

Buna görə də, müsəlman öz nəfsini dua etməyə adət etdirməlidir (alışdırmalıdır).

Əhli-Sünnə Mənhəci

Böyük alim Saleh ali Şeyx (Allah onu qorusun) belə demişdir:

"Qul Rəbbinə ﷻ dua etməyi tərk etdiyində tövhidi zəifləyər. Hər dəfə qulun duası azaldıqda onun Allaha ﷻ olan bağlılığı zəifləyər."

Şərh Tahaviyyə, 598.