Böyük İslam alimi İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir:
Yanğınların səbəbi oddur.
Şeytanlar oddan yaradılıblar.
Odun verdiyi ümumi bir zərər vardır.
Bu baxımdan od şeytanın davranışlarına və əslinə uyğundur.
Buna görə də şeytanın od üzərində bir nüfuzu və təsiri vardır.
Od əslinə uyğun olaraq yüksəkliyə qalxaraq üstünlük qurar və fəsada səbəb olar.
Yer üzərində yüksəklik göstərərək üstün olmaq və fəsad çıxarmaq şeytanın yoludur.
Şeytan daima buna çağırar, dəvət edər və iki şeylə insanoğlunu məhv və həlak edər.
Həm şeytan, həm də od yer üzərində üstünlük və ucalıq qurmaq və fəsad etmək istəyər.
Uca Yaradanın əzəmət və böyüklüyü isə şeytandan və onun etdiklərindən daha üstündür.
Bu səbəblə də yanğınların söndürülməsində və şeytanın təsirinin qarşısını almaqda "Allahu Əkbər" (Allah ən böyükdür)- deməyin çox böyük təsiri var. Biz və digər insanlar bunu təcrübədən keçirmişik.
Allah ən doğrusunu biləndir.
Zədul Məad, 4/194