1 APREL (YALAN GÜNÜ)
Peyğəmbər ﷺ belə buyurmuşdur:
İnsanları güldürmək üçün yalan danışanın vay halına! Vay onun halına, vay! (Sahihul Cəmi, 7136)
Başqa bir hədisində O, ﷺ belə buyurmuşdur:
Yalandan çəkinin. Həqiqətən yalan (insanı) günahlara yönəldir, günahlar isə cəhənnəmə aparır. İnsan o qədər yalan danışar və yalanın ardınca gedər ki, hətta Allah qatında yalançılardan yazılar. (Muslim, 2607)
Şeyx İbn Useymin (rahiməhullah) belə demişdir:
Yalan nə zarafatla, nə də ciddi olaraq icazəlidir. Çünki o, nifaq əhlindən başqasının vəsflənmədiyi çirkin əxlaqdandır. (Nurun alə Dərb, 17)