Burada bir məktub var. Onu göndərən Sudandan olan Əbu Müaviyədir. Qardaşımız iki sual soruşur. Onun birincisi budur. Xahiş edirik bizi "başqa qəbilələrdən fərqlənmək üçün üzə ülgüclə işarə qoymaq"- barədə faydalandırasınız? Bu, halaldırmı, yoxsa haramdır?
Bu, ərəb dilində döymə adlanır. Bu, döymədir və Peyğəmbər ﷺ bunu qadağan edib.
Sələm (faiz) alan və verən, döymə döyən (döyməçi) və döydürən lənətlənib.
Bu, istər üzdə, istər əldə, istərsə də başqa yerdə olsun, döymə icazəli deyil, çünki Allahın yaratdığını dəyişdirməkdir. Mömin kişi və qadına bunu etmək icazəli deyil. Keçmişdə cahillikdən edilənə gəldikdə isə tövbə kifayətdir. Allaha həmd olsun.
Amma insana vacibdir ki, Allahın bu barədə hökmünü bildikdən sonra gələcəkdə Allahın haram etdiklərindən çəkinsin. Bu, ümumən həm kişilərə, həm də qadınlara aiddir.
Cavab verdi: Şeyx İbn Bəz