Şeyx Munir Sədi:
Beləcə ata və anasının evini tərk edib səninlə yaşamaq üçün sənin yanına köçüb gələn o qadına rəhm et! Həyat yoldaşına qarşı gözəl rəftar etməklə, ona xeyir öyrətməklə, ona qayğı göstərməklə rəhm et! Necə ki, Allah Rasulu ﷺ deyib və tövsiyə edib. Ona xeyiri əmr et, xeyiri öyrət, xeyirə təşviq et, onu şərdən və şərə aparan şeylərdən çəkindir, ona qayğı göstər.
Çox təəssüflər olsun ki, bəzi insanları evdən kənarda çox yumşaq, şəfqətli, təvazökar görürsən, insanlara mərhəmət göstərir, evinə qayıtdıqda isə yırtıcı aslana çevirilir.
Bilin ki, Peyğəmbər ﷺ demişdir:
"Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olandır. Mən sizin içərinizdə öz ailəsinə qarşı ən xeyirli olanam."