Sual:
"Mənhəc" sözündən qəsd olunan məna nədir?
Cavab:
Mənhəc: Elm tələbəsinin Allaha dəvətdə tutub getdiyi yoldur. Məqsəd məhz budur.
___
Sual:
Sələfilik nədir və onun başçısı kimdir?
Cavab:
Sələf: Allah Elçinin (Ona Allahın salavatı və salamı olsun) səhabələri və fəzilətli üç əsrdə və onlardan sonra yaxşı işlər görməkdə onların ardınca gedənlərdir. Sələfilik elə budur.
Sələfiliyə nisbət olunmağın mənası isə Allah Elçinin (Ona Allahın salavatı və salamı olsun) səhabələrinin üzərində olduğu yola, "Əhli Hədisin" yoluna nisbət olunmaqdır. "Əhli Hədis" sələfi mənhəcini tutub gedən kimsələrdir. Sələfilik Allahın ad və sifətlərində, qədər məsələsində, səhabələr məsələsində əqidədir. Beləcə də sələf Allahın uca adlarına və Özünün və Allah Elçisinin vəsf etdiyi uca sifətlərə təhrif etmədən, bənzətmədən, inkar etmədən, mənasını yozmadan Allahın cəlalına yaraşan şəkildə iman gətirirlər, Onlar həmçinin qədərin xeyrinə və şərrinə iman gətirirlər, insan Allahın qullarına təqdir etdiyi qədərə iman gətirməyincə onun imanı tamamlanmaz.
Allah azzə və cəllə belə buyurur:
{ إِنَّا كُلَّ شَیۡءٍ خَلَقۡنَـٰهُ بِقَدَرࣲ }
Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. (Qamər, 49)
Onların (sələfin) səhabələr haqqında əqidəsinin mənası isə onlar iman gətirirlər ki, Allah Elçinin (Ona Allahın salavatı və salamı olsun) səhablərindən razılıq etmək (Allah razı olsun demək), onların adilliyinə etiqad etmək, bu onların ən xeyirli ümmət və ən xeyirli dövr olduğuna, səhabələri təkfir edən və onların qədrini bilməyən xavaric və rafizilərin etiqadına zidd olaraq onların hamısının adil olmasını etiqad etmək vacibdir.
Sələfiliyin Allah Elçisindən (Ona Allahın salavatı və salamı olsun) başqa başcısı yoxdur. Allah Elçisi (Ona Allahın salavatı və salamı olsun) sələfiliyin imamı və nümunəsidir (örnəyidir), həmçinin onun səhabələri onların nümunəsidir (örnəyidir).
Bu şeydə onların əsası isə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bu sözüdür:
"Həqiqətən İsrail övladları yetmiş iki firqəyə bölünüb, ümmətim isə yetmiş üç firqəyə bölünəcək. Birindən başqa hamısı oddadır. Soruşdular: Ey Allahın Elçisi, onlar kimlərdir?
O dedi: Mənim və səhabələrimin yolu üzərə olanlar"..
Sahihul Cəmi, 5343.
Həmçinin İrbəd İbn Səriyədən (Allah ondan razı olsun) gələn Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) xütbəsini vəsf etdiyi hədisdə onlara təqvanı tövsiyə edərək demişdir:
"Sizə təqvalı olmağı və həbəşi qul olsa belə əmr sahibini eşidib itaət etməyi tövsiyə edirəm". Sonra öz Sünnəsinə və doğru yol göstərən Raşidi Xəlifələrin sünnəsinə tabe olmağı əmr etmiş və demişdir:
"Ondan arxa dişlərinizlı yapışın, sizi dində yenilik ortaya çıxarmaqdan çəkindirirəm. Dində ortaya çıxarılan hər yenilik bidət, hər bidət isə zəlalətdir".
Sahihul Cəmi, 2549
Fətava Cəliyyə an mənəhic dəaviyyə, 18, 19