Yəcuc və Məcuc səddinin açılması

Yəcuc və Məcuc səddinin açılması
    əl-Buxarinin əsərində Zeynəb bint Cəhşdən - radıyallahu anhə - belə dediyi rəvayət edilir: 
    
    “Peyğəmbər - salləllahu aleyhi və səlləm - qorxu içində onun yanına daxil olub dedi: “Lə iləhə illəllah! Bir şərrə görə vay ərəblərin halına! Artıq yaxınlaşdı! Bugün Yəcuc və Məcuc səddində bu qədər yer açıldı!”- və o, baş barmağı və yanındakı ilə bir dairə göstərdi.” Dedim ki, ey Allahın Rəsulu, aramızda əməlisalehlər olduğu halda biz həlakmı olacağıq? O dedi: “Bəli, şər çoxaldıqda.”¹

    Bu, Zeynəb bint Cəhşin - radıyəllahu anhə - hədisidir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - qorxu içində bayıra çıxdı, axır zamanda baş verəcək hadisələrə görə ümməti üçün qorxusunun şiddətindən üzü qızardı. Bu, onun ümmətinə olan səmimiyyətindəndir. Çünki şəfqətinin (mərhəmətinin) kamilliyindən onların başlarına gələcək pis hadisələr onu kədərləndirir. O, “möminlərlə şəfqətli, mərhəmətlidir!” (ət-Tövbə surəsi, 128-ci ayə). Ümməti üçün fitnələrdən qorxur. O fitnələrdən biri də Cəlal və Ucalıq Sahibi Allahın Quranda zikr etdiyi Yəcuc və Məcuc səddində öz dövründə baş verən hadisənin yenidən baş verməsidir.

    Yəcuc və Məcuc Adəm övladından bir tayfadır və onların xüsusi yaradılışları var. Onlarda böyük bir şər var və yer üzündə fəsad törədəcəklər. 



¹ əl-Buxari, 3346, 3598, 7059, 7135
    

Bu zaman müsəlmanların hökmdarı Zulqarneyn gələcək və iki səddin, yer kürəsinin şimal tərəfində dağların arasına çatacaq. Çünki o Məşriqə, Məğribə və yerüzünün şimal cinahına gedəcək və sonda iki böyük dağın arasındakı yola çatacaq. Oradakı müsəlmanlar Zulqarneynə deyəcəklər: “Ey Zulqarneyn! Həqiqətən, Yəcuc və Məcuc yer üzündə fitnə-fəsad törədəndirlər.” (əl-Kəhf surəsi, 94-cü ayə) Onlar qan tökürlər, fəsad törədirlər və heç nəyə əhəmiyyət vermirlər. 

    Onlar (müsəlmanlar) ona (Zulqarneynə) maddi yardım təklif etdilər ki, iki dağ arasında bir şey tikib onların yolunu kəssin ki, insanlara tərəf çıxa bilməsinlər. Zulqarneyn onlara dedi: “Mənim maddi yardıma ehtiyacım yoxdur: “Rəbbimin mənə verdiyi daha xeyirlidir.” (əl-Kəhf surəsi, 95-ci ayə) O, maliyyə baxımından hazırlıqlı idi, ancaq bu səddi tikmək üçün onunla birlikdə çalışacaq işçi qüvvəsinə ehtiyacı var idi. “Sənə müəyyən bir məbləğ versək olarmı?” (əl-Kəhf, 94) Yəni maliyyə dəstəyi. “Bizimlə onlar arasında inşa edəsən” (əl-Kəhf, 94) Yəni Yəcuc və Məcuc arasında. “Bir sədd” (əl-Kəhf, 94) Onların insanlara tərəf çıxışına mane olması üçün. 

    “Elə isə mənə güclə kömək edin ki, sizinlə onların arasında bir bənd tikim.” (əl-Kəhf, 95) Sədd elə budur. Adi bir bənd deyil, böyük bir bənddir. “Mənə dəmir parçaları gətirin!’ O, iki dağın arasını bərabərləşdirən kimi: ‘Körükləri üfürün!’ – dedi. Zulqarneyn dəmiri od halına saldıqda: ‘Mənə əridilmiş mis gətirin ki, onun üstünə töküm!’ dedi.” (əl-Kəhf, 96) … Beləliklə, o, bunu etdi, ona kömək etdilər və o, bu böyük bəndlə onların (Yəcuc və Məcucun) insanlara yolunu kəsdi. 

    “Onlar səddi aşa bilmədilər.” (əl-Kəhf, 97); Yəni üstünə dırmaşa bilmədilər. Çünki hamar olduğu üçün dırmaşmaq mümkün deyildi. “Onlar onu dəlib keçə bilmədilər.” (əl-Kəhf, 97) Onu qaza bilmədilər, çünki dəmirdən idi. 

    “O dedi: 'Bu, Rəbbimdən bir mərhəmətdir.” (əl-Kəhf, 98) Bu sədd Allahın bəndələrinə olan bir mərhəmətidir. Lakin o davamlı deyil. Onlar çalışırlar. Hər gün çalışırlar ki, insanlara çatmaq üçün o səddi aşsınlar. Nəhayət insanlara tərəf zühur etmələri Qiyamət gününə yaxın Qiyamətin böyük əlamətlərindən biri olacaq. Onların cəhdi Peyğəmbərin - sallallahu aleyhi və səlləm - dövründə başlayıb və artıq bir miqdar qazıblar: “Bugün Yəcuc və Məcucun səddindən bu qədər yer açıldı!”- və o, baş barmağı və yanındakı (işarə barmağı) ilə dairə şəklində göstərdi. Kiçik bir şeydir, amma şərdir, buna cəhddir. Buna görə də, axır zaman gəldikdə, vəd edilən gün gəlib çatdıqda Uca Allah onu yerlə yeksan edəcəkdir. “O dedi: ‘Bu, Rəbbimdən bir mərhəmətdir.”- İnsanlara. Uca Allah insanları bu fəsad tayfasından qoruyur. 

    Lakin hər bir şeyin son vədəsi var. Vaxt gələcək, onlar səddi dağıdacaq və insanlara çatacaqlar. “Rəbbimin vədi haqdır.” (Əl-Kəhf, 98) Bu hadisəninbaş verməsi labüddür. Bu, onun - salləllahu aleyhi və səlləm - bu fitnədən xəbərdarlığıdır ki, insanlar ondan çəkinsinlər və Rəbblərinə ondan (fitnədən) salamatlıq diləyərək dua etsinlər. “Onu yerlə yeksan etdi. Rəbbimin vədi haqdır. O gün onlardan bəzilərini başlı-başına buraxarıq!” (Kəhf, 98-99). Yəni insanları Yəcuc və Məcuc ilə. ”O gün onlardan bəzilərini başlı-başına buraxarıq! Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar.” (Kəhf, 99) - Allaha sığınırıq! - Bu, axır zamanda Yəcuc və Məcucun zühur etdiyi və İsa peyğəmbərin - əleyhissalam - insanların yanında olduğu zaman baş verəcək. 

    Yəcuc və Məcuc yer üzündə fitnə-fəsad törədəcəklər və müsəlmanlar İsa ilə - əleyhissalam - bir yerdə - dağda - gizlənəcəklər. Beləcə onlardan qorunacaqlar və heç kim oradan çıxmayacaq. Kim çıxsa, onu öldürəcək və əziyyət verəcəklər.

    Onların beləcə sıxıntı və şiddət içində olduqları əsnada Allah bu xəbis qoşuna elə bir xəstəlik göndərəcək ki, onlar tamamilə məhv olacaqlar. Allah onların boyunlarına “ən-Nəğaf” adlanan bir xəstəlik göndərəcək və sonuncusuna qədər həlak olacaqlar.¹ Müsəlmanlar rahatlayacaqlar, lakin fitnələrdən, şərdən və gözləri önündə həlak olanlar həlak olduqdan sonra. O zaman müsəlmanlar sığınacaqdan çıxacaqlar. Bu, Yəcuc və Məcucun qissəsidir. 

    Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu böyük və qorxunc hadisəni qeyd edəndə və Yəcuc və Məcucun əlləri ilə insanlardan nə qədərinin həlak olacağını dedikdə, Zeynəb (Allah ondan razı olsun) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dedi: “Aramızda əməlisaleh insanlar olduğu halda, biz həlakmı olacağıq?!” Alimlər, abidlər və müttəqilər. Çünki adətən salehlər islah edər və insanlara fəsadı qadağan edərlər. Yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Beləcə Allah şəri dəf edər. Buna görə də, cəmiyyətdə salehlərin olması xilasın əlamətidir, onların olmaması isə həlakın əlamətidir. Bu, salehlərin fəziləti və varlığı haqqındadır.






¹ Necə ki, İmam Muslimin (2937) Nəvvas bin Səmandan - radıyəllahu anh! - rəvayət etdiyi uzun hədisdəki kimi. Orada deyilir: “Allah onların boyunlarına ‘nəğaf’ göndərəcək və onlar bir nəfərin ölümü kimi öləcəklər.”

    Adətən, salehlərin islah etməkdə, yaxşılığı əmr etməkdə, pislikdən çəkindirməkdə və fitnələrə qarşı durmaqda rolu vardır. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Bəli.” deyə buyurdu. O vaxt aranızda salehlər olsa belə həlak olacaqsınız. Çünki fəsad çoxalacaq və salehlər ona qarşı dura bilməyəcəklər ya da qarşı durmayacaqlar, tənbəllik edəcəklər. Elə olarsa həlak hamıya - salehə və fasidə - gələcək. Hamısı həlak olacaq və salehlər də onlarla birlikdə həlak olacaqlar. Lakin Allah Qiyamət günü salehləri niyyətlərinə görə dirildəcək - hədisdə qeyd edildiyi kimi -. Onlar həlak olanlarla birlikdə həlak olacaqlar, lakin Allah Qiyamət günü onları niyyətlərinə görə dirildəcək.

    Burada fitnələrə, o cümlədən Yəcuc və Məcuc fitnəsinə qarşı xəbərdarlıq var. Bu həmçinin onu göstərir ki, şərin çoxalması hərkəsin həlak olacağının carçısıdır. Həmçinin göstərir ki, salehlər, islah edənlər və alimlər pisliklərə və şərlərə qarşı durmalı və təslim olmamalıdırlar. Əgər təslim olsalar və münkəri inkar etməkdən əl çəksələr cəza hamıya gələcək.

Şeyx Fovzan | Şərh Kitəb əl-Fitən və əl-Həvadis, səh. 13-17