İbn Qeyyim kimdir?

İbn Qeyyim kimdir?
 
İbn Qeyyim
 
Mərhəmətli və Rəhmli Allahın adı ilə
 
O, Muhəmməd İbn Əbi Bəkr Diməşqi Əl-Covziyyə. Kunyəsi Əbu Əbdullah, ləqəbi isə Şəmsuddin idi.  İbn Qeyyim hicri 691-ci ildə (miladi ilə 1292) Dəməşqdə anadan olmuş. Atası Əbu Bəkr Covziyyə mədrəsəsinin qəyyumu (ehtiyaclı yetim uşaqların himayəçisi) idi. Elə buna görə də ibn Qeyyim (qəyyumun oğlu) adı ilə məhşurlaşmışdır. İlk dini təhsilini uşaq yaşlarında atasından almağa başlamış, ardınca Dəməşqdə Əl-Covziyyə mədrəsəsində Hənbəli fiqhini öyrənmişdir.

Müəllimləri:
 
Atası Əbu Bəkr
Safiyuddin Hindi
Hafiz Mizzi
Hafiz Zəhəbi
İbn Muflih
Şeyxulislam İbn Teymiyyə - onunla 17 il yəni Şeyxulislam vəfat edənə kimi birlikdə olmuşlar.
 
Tələbələri:
 
Məcduddin Firuzabadi
Hafiz İbn Rəcəb Əl-Hənbəli
Hafiz İbn Kəsir
İbn AbdulHədi
 
Kitabları:

Favaid
Bədəiul Fəvaid
Zadul Məad
İğasətul Ləhfən
Mədəricus Səlikin
Uddətus Sabirin
Əmsəlul Quran
Kəbəir
Əl-Vəbilus Sayyib və.s 
 
İbn Qeyyim hicri tarixlə 751-ci (miladi tarixlə 1350) ildə Dəməşqdə vəfat etmişdir.
 
 
BƏDƏİUL FƏVAİD KİTABINDAN FAYDALAR
 
Şükür - nemətin yox olmasına səbəb olan hər şeydən qoruyandır.

Bədəiul Fəvaid, 2/243
 
Əgər Qədr gecəsi ildə bir gecə olsaydı, o gecəyə yetişmək üçün bütün ili ibadətə qalxardım. Elə isə on gecəni necə?! (ibadətə qalxmayım).

Bədəiul Fəvaid, 1/55
 
Allahı çox zikr etmək, şeytandan qorunmağın ən faydalı yoludur.

Bədəiul Fəvaid, 2/228
 
Uca Allah belə buyurur:
 
{ وَعَلَى ٱلثَّلَـٰثَةِ ٱلَّذِینَ خُلِّفُوا۟ حَتَّىٰۤ إِذَا ضَاقَتۡ عَلَیۡهِمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ وَضَاقَتۡ عَلَیۡهِمۡ أَنفُسُهُمۡ وَظَنُّوۤا۟ أَن لَّا مَلۡجَأَ مِنَ ٱللَّهِ إِلَّاۤ إِلَیۡهِ ثُمَّ تَابَ عَلَیۡهِمۡ لِیَتُوبُوۤا۟ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِیمُ }
 
Təbuk döyüşündən geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahın əzabından, Onun Özünə sığınmaqdan başqa çarə yoxdur. Sonra Allah, peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə, 118)
 
 
Üç nəfər bir döyüşdə Peyğəmbərə müxalif oldular və başlarına nələr gəldi. Bəs bütün ömrünü Peyğəmbərə müxalif olmaqla keçirənin halı necə olsun?

Bədəiul Fəvaid, 3/1207
 
Qəlbi Allahdan qeyrisi ilə dolu olduğu halda qulun dili ilə "Allahu Əkbər" deməsi onun üçün çox çirkin bir şeydir.

Bədəiul Fəvaid, 2/196
 
 
Nə üçün Aşura gününün orucu bir illik günahlara, Ərafa gününün orucu isə iki illik günahlara kəffarə olur?!
İmam İbn Qeyyim rahiməhullah belə demişdir:
Birinci: Ərafa günü haram aydadır, Aşura günündən fərqli olaraq özündən öncəki və sonrakı ay da haram aydır.
İkinci: Ərafa gününün orucu Aşura gününün orucundan fərqli olaraq bizim şəriətə xas olan bir şeydir. Bu da Muhəmmədin bərəkətinin daha çox olması ilə əlaqəlidir.

Bədəiul Fəvaid, 4/211
 
Evlənməyin xeyirlərindən biri də sənin belinden Allaha ibadət edən zürriyyətin çıxmasıdır.

Bədiul Fəvaid, 3/159

 
Qəlbinə diqqət et..
 
Nəfsi istəklərin sənə qalib gəldikdə isə qəlbin Sahibindən (Allahdan) kömək istə...
 
Bədəiul Fəvaid, 3/233.
 
 
Sədəqənin bəlanı, gözdəyməni və həsəd edənin şərrini dəf etməkdə çox qəribə təsiri var.
 
Bədəiul Fəvaid,  2/243
 
 
Dünya və Şeytan sənə xaricdən olan düşmənlərdir. Nəfs isə sənin yanındakı düşməndir.
 
 Bədəiul Fəvaid 3/266
 
 
TÖVHİD - Allahın ən əzəmətli qalasıdır ki, kim ona daxil olarsa, əminlərdən olar.
 
 Bədəiul Fəvaid 2/470
 
 
 
Qulun qoruyan (İxlas, Fələq və Nəs) surələrə olan ehtiyacı, onun yeməyə, içməyə və geyimə olan ehtiyacından daha çoxdur.
 
Bədəiul Fəvaid, 2/426

Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha