Təyyarədə namaz qılmaq

Təyyarədə namaz qılmaq
Təyyarədə namaz qılmaq icazəlidirmi?
 
Cavab: Əgər buna ehtiyac yaranarsa və ya nafilə namazdırsa, icazəlidir. Fərz namazına gəlincə bacarırsa, səfərdən öncə və ya sonra qılsın. Ayaqüstə qılmasına görə bu daha ehtiyatlı davranmaqdır. Amma buna ehtiyac yaranarsa, səfər uzun olar və.s bu zaman olduğu hal üzərə qılır, fərz namazı olsa belə. Lakin oturaraq qılsa belə qibləyə tərəf çevrilməlidir:
 
{ فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ }

Allahdan bacardığınız qədər qorxun. (Təğabun, 16)
 
Lakin insanın təyyarədə namazı ayaqüstə qılmaq, rüku və səcdə etmək imkanı varsa, bunu etmək onun üzərinə vacibdir. Bu (ayaqüstə qılmaq, rüku və səcdə etmək, qibləyə tərəf dönmək) yalnız fərz namazlarına aiddir. Nafilə namazlara gəlincə isə onları oturaraq və təyyarənin getdiyi tərəfə də qıla bilər. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dəvə üzərində nafilə namaz qılarkən dəvənin getdiyi istiqamətə qılmışdır.
 
Cavab böyük alim İbn Bəzin (Allah ona rəhm etsin) rəsmi saytından götürülərək dilimizə tərcümə olunmuşdur.