Mərhəmətli və Rəhmli Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allahın salavatı və salamı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün səhabələrinə olsun. Sonra isə :
Ramazan ayı təkbirlə (Allahu Əkbər demək) tamamlanır.
وَلِتُكۡمِلُوا۟ ٱلۡعِدَّةَ وَلِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ }
Buraxdığınız günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönəltməsinə görə Ona təkbir (Allahu əkbər) deməklə təzim və şükür edəsiniz. (Bəqərə, 185)
Ramazan ayı fitrə zəkatını çıxarmaqla tamamlanır. O, nəfsin təmizlənməsi, orucda edilən naqislikləri aradan qaldırmaq və xeyri və saleh əməli artırmaqla orucu kamilləşdirmək üçündür. Fitrə zəkatı Quran və Sünnədə gələn dəlillər və müsəlmanların icması ilə sabit olmuşdur. Allah azzə və cəllə belə buyurur:
قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ
(Günahlardan) təmizlənən kimsə isə nicat tapmışdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! (Alə, 14,15)
(Alimlər) deyirlər ki, bu ayə fitrə zəkatına görə nazil edilmişdir. Bu ayənin mənası: "(günahlardan) təmizlənən" - zəkat verər, yəni fitrə zəkatını çıxardar.
Şeyx Fovzan