Şeyx Rabi Əl-Mədxali:
Haqq üzərində sabit ol, dağlar lərzəyə gəlsə, qasırğa qopsa belə..
Uca Allah buyurur :
وَمِنَ ٱلنَّاسِ مَن یَعۡبُدُ ٱللَّهَ عَلَىٰ حَرۡفࣲۖ فَإِنۡ أَصَابَهُۥ خَیۡرٌ ٱطۡمَأَنَّ بِهِۦۖ وَإِنۡ أَصَابَتۡهُ فِتۡنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجۡهِهِۦ خَسِرَ ٱلدُّنۡیَا وَٱلۡـَٔاخِرَةَۚ ذَ ٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِینُ
İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir toxunsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir fitnə gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Açıq zərər də elə budur. (Həcc, 11)
Allaha şəkk şübhə içində ibadət edər, öz xeyrinə görə.. Əgər xeyir taparsa, onunla rahatlıq tapar, amma əgər fitnə və problem taparsa, üz döndərər və sabit olmaz. Bu mömindən tələb olan sabitliyi pozur. Bu sabitlik nə dünya, nə fitnə, nə başqa şeyə görə dəyişər, sabit olar, dağlar lərzəyə gəlsə, qasırğa qopsa belə, haqq üzərində sabit olar. Allahın özünə xeyir istədiyi kimsə haqq üzərində sabit olar, hətta düşmən zümrələri onun üzərinə gəlsə də, fitnələr üzərinə gəlsə, zəlzələlər olsa da, haqdan sarılmaz. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm bizə danışıb ki, bizdən əvvəlki qövmlərə elə möminlər olub ki, qılıncla onu iki yerə bölüblər və bu onu öz dinindən döndərməyib. Nə mal, nə qılınc qorxusu, nə hədələr, nə tamahkarlıq, nə də başqa şey onu dinindən döndərməyib. Dünyanı və fitnələrin hamısını ayağının altına alıb. Allah yolunda qarşılaşdığı bütün əziyyətlərdə etiqad edib ki, Allah onu sevir.
Allah bir qövmü sevdikdə onları imtahana çəkər, kim imtahandan razı olarsa, ona razılıq var, kim də qəzəblənərsə ona qəzəb var.