Sual verən deyir:
“Kafir ölkələrində olan bir İslam topluluğun Şeyx Muhəmməd ibn Useyminə (Allah onu qorusun və onu elmi ilə faydalandırsın) sualı var. Bizə Peyğəmbərin ﷺ “mən kafirlər arasında yaşayan müsəlmandan uzağam” hədisi tətbiq olunurmu? Bununla bərabər, biz Cümə və camaat namazlarını qılır və dinimizin əmrlərini qoruyuruq”.
Cavab: “Vacib olan odur ki, müsəlman daimi olaraq küfr diyarında qalmasın. Lakin kim dərs almaq və ya ticarət etmək üçün küfr diyarına gedərsə, bu şərtlərlə icazəlidir:
Birinci şərt odur ki, o insanda şübhələri dəf edəcək elm olmalıdır. Çünki düşmənlərimiz bizi din, Peyğəmbər və Rəbb ﷻ barəsində şübhəyə salmaq istəyirlər. Şübhələrdən qorunmaq üçün səndə elmin olmağı labüddür.
İkinci isə, o insanın şəhvətlərə getməyinə mane olacaq imanı olmalıdır. Çünki orada (kafir ölkəsində) olan şəhvətlər qapısı açıqdır. Zina, Lut qövmünün əməli, şərab və həşiş istəsən, hamısı, bütün günahlar və fasiq əməllər kafirlərin ölkəsində mövcuddur. Əgər insanın şəhvətləri dəf edəcək güclü imanı yoxdursa, ona küfr ölkəsinə səfər etməsi icazəli deyildir.
Üçüncü isə, küfr ölkəsində olan şey zəruri və öz ölkəsində bənzəri olmayan xüsusi şeylər olmalıdır. Amma öz ölkəsində bənzəri varsa, küfr ölkəsinə səfər etmir.
Bu topluluqların öz ölkələrinə qayıtmaqları mümkündürsə, onlara vacibdir ki, İslam ölkələrinə qayıtsınlar. Əgər mümkün deyilsə və onlar küfr ölkələrində öz dinlərinin qaydalarını yerinə yetirərək yaşayırlarsa, ola bilsin ki, onlar buna görə üzrlü hesab olunsunlar”.
Cavab verdi: Böyük alim İbn Useymin