Möminlərin anası Aişənin (Allah ondan razı olsun) həyası
Əbu Usamə Həmməd ibn Usamənin yolu ilə, buyurur:
Hişam atasından bizə xəbər verdi ki,
Siddiqə Aişə (Allah ondan razı olsun) demişdir:
Allah Rasulu (Ona Allahın salavatı və salamı olsun ) və atamın dəfn olunduğu evimə daxil olanda örtüyümü açırdım və deyirdim:
O, ancaq yoldaşım və atamdır.
O zaman ki Ömər də onlarla dəfn olundu, Allaha and olsun ki, Ömərdən həya edərək ora yalnız şiddətli örtündüyüm halda daxil olurdum.
İmam Əhməd "Müsnədində" 25660 və Hakim isə "Müstədrəkində" 4402. İsnadı səhihdir.