Zil-Hiccə ayının ilk on gününün fəziləti
- 348
Mərhəmətli və Rəhmli Allahın adı ilə..
Allah təala Qurani Kərimdə buyurur:
وَيُقِيمُونَ الصَّلَاةَ
“Onlar namaz qılırlar.” (əl-Bəqərə surəsi, 3-cü ayə)
Demədi ki, ‘namazı icra edirlər’ və ya ‘namazı yerinə yeririrlər’. Çünki onu zahiri surətdə yerinə yetirmək kifayət deyil. Namaz qılmaq zahirən onun rüknlərini, vaciblərini və şərtlərini tamamlamaqla yerinə yetirmək, batinən isə onu ruhuyla, yəni qəlbin iştirak edib dediyini və etdiyini düşünərək yerinə yetirməkdir. Bu, Uca Allahın buyurduğu namazdır:
إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ
”Həqiqətən namaz fahiş və pis əməllərdən çəkindirir.” (əl-Ənkəbut, 45)
Bu, savab gətirən namazdır. İnsan namazından yalnız onu anladığı qədər savab qazanır. Namaz deyildikdə həm vacib həm də nafilə namazlar nəzərdə tutulur.
Teysir əl-Kərim ər-Rahmən fi Təfsir Kələm əl-Mənnən, səh. 41
Şeyx Fovzan (Allah onu qorusun) belə deyir:
Xuşu namazın ruhudur. Xuşusuz namaz ruhsuz cəsəd kimidir.
Fətəva aləl Həva, 09/01/1440
Namazda xuşu, Allahın hüzurunda qəlbi hazır etmək, namaza yönəlmək, Allahın əzəmətini dərk etmək və Onun qarşısında olduğunun fərqində olmaq deməkdir. Allahın mərhəmətini ümid edərək və Onun əzabından qorxaraq ibadət etmək, huşu hissini, təvazökarlığı və qəlbin hüzurunu gətirir. Beləliklə, qəlbiniz xuşu içində olaraq Allahın qarşısında dua edər, Allahın mərhəmətini ümid edib, əzabından qorxarsınız və səmimi dualar edərsiniz.
Xuşuya nail olmağın ən böyük səbəblərindən biri günahlardan uzaq durmaq, günahlardan çəkinmək və onları tərk etmək üçün nəfsinlə mübarizə aparmaq, həmçinin bu günahlardan Allaha tövbə etməkdir.
Xuşu səbəblərindən biri də namaza daxil olarkən qəlbin boş olması, yəni səni məşğul edəcək heç bir şeyin olmamasıdır. Əgər sənə narahatlıq verən bir ehtiyac hiss edirsənsə, namazdan əvvəl bu ehtiyacını aradan qaldırmalısan. Peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) “Yemək hazırkən, ya da böyük və ya kiçik ehtiyacını təxirə salarkən namaz qılınmaz,” – deməsi buna dəlildir. Əgər sidik və ya nəcis ehtiyacın varsa, öncə onları yerinə yetirməlisən. Əgər yemək hazırdırsa, əvvəlcə onu yeməlisən. Namaza mane ola biləcək hər hansı bir məşğuliyyəti aradan qaldırmalısan ki, namaza huşu içində və qəlbin hazır olaraq girəsən; bu həm fərz, həm də nafilə namazlar üçün keçərlidir. (Şeyx İbn Bəzin rəsmi saytından)
Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha