Vitr namazı

Vitr namazı
Vitr namazı necə qılınır?

Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

Vitri üç rükət məğrib namazına bənzədərək qılmayın.

Bax: Hakim, 1/304.. Beyhəqi, 3/31.. Dəraqutni, 172 ... İbn Həcər "Fəthul Bəri" 4/301 də belə demişdir : İsnadı iki şeyxin şərtləri üzərinədir.

Böyük alim İbn Useymin (Allah oba rəhm etsin) belə demişdir:

Vitri üç rükət qılmaq icazəlidir, beş, yeddi, doqquz rükət də qılmaq icazəlidir. Vitri üç rükət qılmağın şəriətdə iki şəkli var.

*Birinci şəkil: üç rükəti də bir təşəhhüdlə qılmaq

*İkinci şəkil isə: iki rükətdən sonra salam verib, sonra bir rükət qılmaq

Bunların hamısı Sünnədə gəlib, hərdən bu cür, hərdən də digər cür edərsə, bu, gözəldir.

Bir salamla da qılmaq icazəlidir. Lakin bir təşəhhüdlə, iki təşəhhüdlə deyil. Çünki iki təşəhhüdlə qılarsa, məğrib namazına bənzəyəcək. Artıq Peyğəmbər sallalahu aleyhi və səlləm vitri məğrib namazına bənzətməyi qadağan edib.

Bax: Şərhul Mumti, 4/14-16