Şeyx İbn Bəz:
Daimi həyat və qalıcı nemətlər üçün əməl et. Hər bir i̇nsan Allahın ona verdiyi əzəmətli nemətlərə, çoxlu xeyirlərə görə həmd etsin. Qoy Rəbbinin itaəti üzərində doğru-dürüst olsun, Allahın əmrlərini qorusun və qadağalarından çəkinsin. Qoy Rəbbindən haqq üzərində doğru-dürüst olmağı və haqq üzərində sabitliyi diləsin. Qoy Rəbbindən bu diyarda, əməl diyarında gözəl sonluq istəsin. Çünki bu diyarda müvəqqətisən, müddət azdır. Diyar önündə, həyat önündə, sən də daimi həyat, qalıcı nemətlər üçün əməl et. Bu diyara, dünya həyatına gəldikdə isə, o, yox olacaqdır, nemətləri yox olacaqdır, şəri yox olacaqdır, xeyri yox olacaqdır. Kasıblığı və zənginliyi yox olub gedəndir. Hamısı yox olacaq. Sənin qarşında isə nemətlərinin zövqü və əzabı qalıcı olan bir diyar var. Sən nemətlərinin zövqü qalıcı olan bir diyar üçün əməl et, əzabı və şəri qalıcı olan bir diyardan isə həzər et