Ənəs İbn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur:
Səhur edin! Həqiqətən, səhurda bərəkət vardır.
Buxari, 1923 ; Muslim, 1095
Şərh:
Bu, üçüncü məsələdir. O da səhur etmək əmridir, yəni səhur yeməyi yeyin. Səhur adlanma səbəbi onun oruc tutanlardan qeyrisinə gizli qalmasıdır. Yalnız oruc tutana xidmət edən müstəsnadır.
"Həqiqətən, səhurda bərəkət vardır" sözünə gəlincə isə bu söz səhur etmək əmrinin səbəbidir. Yəni oruclu şəxs səhur edibsə, bunun səbəbi ilə o şəxsdə gündüz ibadətlərini, həmçinin duha və zöhr arasında nafilə və.s ibadətləri etməyə güclənmiş olur və bu da səhurun bərəkətinin əldə edilməsidir. Həmçinin başqa ibadətlərdə də oruclunun gücə ehtiyacı var. Səhur yeməyi oruclunu gücləndirir və onu (səhur yeməyini) gecikdirdikdə (azana yaxın etdikdə) daha çox gücləndirir. Xüsusilə də Ramazan ayı yay vaxtına düşərsə.