Narkotik vasitələrlə mübarizə yolunda öldürülən şəhiddir.
Şeyx Abdul-Əziz ibn Bəz (Allah ona rəhmət etsin) belə demişdir:
"Şübhə yoxdur ki, sərxoşedici və narkotik vasitələrlə mübarizə aparmaq Allah yolunda edilən cihadın ən əzəmətli növlərindəndir və cəmiyyətdəki fərdlərin bu mübarizədə bir-biri ilə yardımlaşması ən mühüm məsələlərdəndir. Çünki onlarla mübarizə aparmaq hamının xeyiri üçündür, onun yayılıb əlçatan olması isə hamıya zərərdir. Kim niyyəti gözəl olduğu halda bu şərin mübarizəsi yolunda öldürülərsə, o, şəhidlərdəndir. Kim də bu yuvaların ifşasına və onları məsul şəxslərə bildirməyə yardım edərsə, o, əcr qazanmış olur. Bununla da o, haqq yolunda, müsəlmanların xeyiri və onların cəmiyyətinin zərərli amillərdən qorunması uğrunda mübarizə aparan mücahidlərdən sayılır.
Allahdan istəyirik ki, bu bəlanı yayan kimsələri doğru yola yönəltsin. Onları doğru yola qaytarsın, onları nəfslərinin şərindən və düşmənləri olan şeytanın məkrindən qorusun, bununla mübarizə aparan şəxsləri haqqa isabət etməyə müvəffəq etsin, onlara vacibləri yerinə yetirməyə yardım etsin, verdikləri qərarları düzgün etsin və onlara şeytanın dəstəsinə qarşı kömək olsun. Həqiqətən, Allah özündən istənilənlərin ən xeyirlisidir."
"Məcmu Fətava və Məqalət", 4/410.