Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
Mən Məryəm oğlu İsaya dünya və axirətdə ən yaxın olanam. Peyğəmbərlər anaları fərqli, ataları bir olan qardaşlardır, dinləri də birdir.
Bax: Səhih Muslim 2365
Səhih Muslimdə haşiyədə belə rəvayət olunur ki,
Cumhur alimlər bu hədisin mənası haqqında belə demişlər:
Peyğəmbərlərin imanlarının əsli bir, şəriətləri isə fərqlidir. Şübhəsiz ki, onlar Tövhidin əsaslarında müttəfiqdirlər. Amma şəriətin hökmlərində müxtəlifdirlər.
Bax: Səhih Muslim 2/1837
Həmçinin Həfiz ibn Həcər Fəthdə (Səhih Buxarinin şərhində) deyir ki:
Hədisin mənası odur ki, onlar ata bir olan qardaşlardır, anaları isə fərqlidir. Yəni : dinlərinin əsli birdir. O, da Tövhiddir. Şəriətin hökmlərində isə müxtəlifdirlər.
Bax: Fəthul Bəri 2/489