Ramazanı necə qarşılayaq?

Ramazanı necə qarşılayaq?


Sual:

Müsəlman kişi və qadınlara Ramazan ayını qarşılamaq haqqında nəsihətiniz varmı?

Cavab:

Bəli, Nəsihət bütün müsəlman kişi və qadınlar üçündür. Başqa aylarda olmayan, özünə məxsus üstünlükləri və fəzilətləri olan bu əzəmətli ayın gəlməsinə görə sevinməkdir.

İki gün öncə bir qəzetdəki başlıq mənim çox xoşuma gəldi. Gözəl şəkildə yazılmışdı. Orada bu ay barədə deyilirdi ki, bir gecəsində olan savab, səksən üç il dörd ayın savabı kimidir. O, bu ayda olan Qədr gecəsini qəsd edirdi. O gecədə edilən ibadət min aya bərabərdir.

Əgər sən min ayı hesablasan, onun səksən üç il dörd ay olduğunu görərsən. Bu, Allahın ﷻ ömürləri qısa olan Muhəmməd ﷺ ümmətinə olan rəhmətindəndir və Allah ﷻ bunun əvəzində onlara çoxlu xeyirlər verib.

Kim əlli il oruc tutarsa, Allah onu bu gecənin ibadətinə müvəffəq edər. Qədr gecəsinin səbəbləri asan və bəsitdir. Oruclu tövhid əhlindən olan muvahhid, namaz əhlindən və İslamın, imanın və ehsanın ərkanları kimi İslam şüarlarını yerinə yetirən, halalı halal, haramı da haram sayan, söz və əməllərində doğru olan olarsa, o, bu gecənin fəzilətindən məhrum olmaz, çünki bu müjdə İslamın əhkamlarını və şüarlarını yerinə yetirən hər bir oruclu üçündür. Bu, Xeyirxah və Uca Allahdan olan rəhmətdir.

Qoy hər bir müsəlman kişi və qadın bu ayda ibadətlərə çalışmağa - onların ən başlıcası və ən ucası olan fərzləri qorumağa və onları yerinə yetirməyə həris olsun. Namaza, zəkata, oruca, zikirə və Quran oxumağa həris olsun. Başa düşmədiyi şeyləri soruşsun ki, hətta ibadətini doğru bir şəkildə yerinə yetirə  bilsin. Ona Rəbbinə qarşı olan zənnini gözəlləşdirməsi vacibdir. Allah ona bu ayda sayıb bitirə bilməyəcəyi nemətlər əta edəcəkdir. Ona dilini və əzalarını qorumağı vacibdir. Xeyirdən başqa heç bir şey danışmamalıdır. O, yalnız icazə verilən ya əmr olunanı, ya da mübah olanı etməlidir. Bununla da, bu mübarək ayda Xeyirxah və Uca Allahın ona olan ehtiram və fəziləti cəm olacaqdır. O ay ki, onun fəzilət və üstünlükləri Quran və Sünnədə olan dəlillərdə gəlib.

Onlardan da - başqa aylarda Adəm övladına soxularaq onu günaha sövq etmək istəyən şeytanların yalnız bu ayda zəncirlənməsi, cənnətin qapılarının açılması, cəhənnəmin qapılarının bağlanması, fəzilətli əməllər qapılarının açılması, işlərin asanlaşdırılmasıdır.

İnsana bu ayı xeyir mövsümlərindən bir mövsüm sayaraq Allaha yaxınlaşdıracaq əməllər etməsi vacibdir. Ciddilik, çalışqanlıq, doğruluq, ixlas və bunların hamısı ilə Allahın razılığını və cənnətini istəyərək, Allahın qəzəbindən və şiddətli əzabından qorxaraq Allaha yaxınlaşılır. Belə olduqda insan Allahın gücü və qüvvəti ilə bütün mətləblərə çatacaq və qorxulan şeylərdən qurtulacaqdır.

Cavab verdi: Böyük alim Zeyd Mədxali (Allah ona rəhm etsin)

Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha