Şəvval orucu haqqında
[ Şəvval orucunun fəziləti ]
Peyğəmbər ﷺ belə buyurmuşdur:
Kim Ramazan orucunu tutar, ardınca Şəvvaldan da altı gün oruc əlavə edərsə, sanki bütün ili oruc tutmuş kimi olar.
Muslim, 1164
Başqa bir hədisdə isə Peyğəmbər ﷺ belə buyurmuşdur:
Ramazan orucu on ayın savabına, Şəvvalın altı gün orucu isə iki ayın savabına bərabərdir ki, bu, bir illik oruc deməkdir.
İbn Hibban, 928.. Sahih Tərğib, 1007
[ Şəvval orucunun hikməti ]
Şeyx İbn Useymin (rahiməhullah) buyurur:
Şəvval ayından tutulan altı gün orucda olan hikmət Allahın fərzləri tamamlamaq üçün qullarına qanun etdiyi nafilə (əlavə) ibadətlərin yerində olmasıdır. Şəvval ayının altı gün orucu da fərz namazlarında baş verən naqislikləri tamamlamaq üçün olan ratibə namazlar kimidir.
Fətava Nurun alə-l-Dərb, 7/352.
Hazırladı: Samiq Mustafayev